Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb FOTO
Kriminal 15 Yan 2026 20:25:00 57 0
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb. Poçt markası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Azərpoçt" MMC -nin birgə təşəbbüsü ilə ərsəyə gəlib. Beynəlxalq Muğam Mərkəzində baş tutan təqdimat mərasimində mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, "Azərpoçt" MMC-nin İdarə heyətinin sədri vəzifəsini m.i.e. İsi Mustafayev və Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Xalq artisti, professor Sərdar Fərəcov çıxış edərək bildiriblər ki, Azərbaycanın musiqi mədəniyyətinin simvolu, peşəkar milli musiqi məktəbinin banisi, himnimizin müəllifi olan Üzeyir Hacıbəylinin 140 illik yubiley markasını yalnız filatelik məhsul deyil, milli yaddaşın və mədəni irsin vizual daşıyıcısı kimi təqdim etmək olar. Bu təqdimat dahi bəstəkarın xatirəsinin yaşamasının və gələcək nəsillərə ötürülməsində üzərimizə düşən məhsuliyyəti, bizə bir daha xatırladır. Üzeyir bəyin xatirəsinə buraxılan marka, onun irsinin daşıyıcısına çevirilərək, kiçik mədəni elçi kimi dünyanı səyahət edəcək və gələcək nəsillərə onun kim olduğunu bir daha xatırladacaq. Qeyd edək ki, 33400 tirajla dövriyyəyə buraxılan poçt markasının dizayneri Aydın Əsgərovdur. Təqdimat mərasimi Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adına Xorun ifasında Üzeyir bəyin əsərlərindən ibarət konsert proqramı ilə yekunlaşıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Bu xəbəri də oxu: Lənkəran sakini bıçaqlandı Şübhəli
İstanbulda aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxl
Fransa Prezidenti Emmanuel Makronun ölkənin cənubundakı İstres hərbi bazas
Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakı ətrafı kənd və qəsə
Aktyor Ufuk Özkanın səhhəti pisləşib. Aktyorun qardaşı Umut Özkan mətb
Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin kəşfiyyat məlumatl
Portuqaliya Xarici İşlər Nazirliyi (XİN) ölkənin İrandakı səfirliyinin
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda binada yanğın baş ver
Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçə
Ərinin qətlə yetirilməsi ilə əlaqədar sevgilisi Zahir Soltanovla birgə i
"Azəriqaz" İstehsalat Birliyinin (İB) smart sayğacları mexaniki s
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi a
"Rilo Kiley" qrupunun müğənnisi Jenny Lewis 50 yaşını qeyd etmə
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına m�
