Sevgilisi ilə birgə ərinin qətlində ittiham edilir “Ömürlük cəza da versələr, peşman olan deyiləm"
Kriminal 15 Yan 2026 19:05:00 75 0
Ərinin qətlə yetirilməsi ilə əlaqədar sevgilisi Zahir Soltanovla birgə ittiham olunan Leyla Abbasovanın məhkəmə istintaqı gedir.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.
İttihamın qısa məzmunu ondan ibarətdir ki, ötən ilin avqustunda 29 yaşlı İkram Piriyev Zabrat qəsəbəsində yaşadığı evdə 20 yaşlı qonşusu Zahir tərəfindən bıçaqla öldürülüb. Aparılan istintaqla məlum olub ki, bu cinayət Leyla ilə Zahirin qeyri-rəsmi münasibətlərinin üstü açılandan sonra baş verib.
Zahir özü də məhkəmədə birgə mühakimə edildiyi Leyla ilə münasibətinin olduğunu təsdiq edib. Onun dediyinə görə, İkram bu münasibətdən xəbər tutduqdan sonra ondan qisas almaq istəyib. Sonuncu dəfə də ona söyüşlü mesaj yazaraq evə söhbətə çağırıb. Elə həmin vaxt üstündəki bıçaqla onu qətlə yetirib.
Zahir cinayətə görə özünü təqsirli bilsə də, Leyla ittihamla razı deyil. Belə ki, Leyla Zahirlə danışdığını boynuna alır, amma ərinin öldürülməsində iştirak etmədiyini deyir. Əlavə olaraq mərhum ərini ona bir neçə qadınla xəyanət etməkdə ittiham edib.
Bugünkü prosesdə mərhumun hüquqi varisi kimi anası da ifadə verib. Sahilə Piriyevanın dediyinə görə, hadisə günü şəhərdə olmayıb. Ana gəlinin "Zahir mənə xəyanət edirdi" fikirlərinə də etiraz edib, oğlunun həyat yoldaşına heç vaxt xəyanət etmədiyini deyib. O, cavan oğlunun qətlinə görə Leyla ilə Zahirin ən ağır şəkildə cəzalanmasını tələb edib.
Ananın bu sözlərinə Zahir aqressiv şəkildə reaksiya verərək, "Mənə ömürlük cəza da versələr, peşman olan deyiləm. İndi olsa, yenə öldürərdim", - deyə qışqırıb.
Proses şahidlərin iştirakını təmin etmək məqsədilə təxirə salınıb. Son.az
"Azəriqaz" İstehsalat Birliyinin (İB) smart sayğacları mexaniki s
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi a
"Rilo Kiley" qrupunun müğənnisi Jenny Lewis 50 yaşını qeyd etmə
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına m�
Son illər Azərbaycanda yas mərasimlərində artan xərclər və israfçılıq
Nihad Xalid oğlu Qurbanov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliy
Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.
Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sə
Sabah Hövsan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqd
Rusiya Əmək nazirinin keçmiş müavini Aleksey Sklyar Moskvadakı şəxsi ev
Türk Hava Yollarına məxsus təyyarə bomba təhlükəsi səbəbindən Barselo
22 yaşlı Mərakeş şahzadəsi Moulay Hassan maraqlı davranışı ilə günd�
