Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
Digərləri 14 Yan 2026 18:07:00 53 0
Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir.
Bu xəbəri də oxu: İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı
Son.az-ın məlumatına görə, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir.
Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan edilibsə, bu barədə məhkəmə qərarı təqdim edilməlidir. Müraciətin nümayəndə vasitəsilə edilməsi zamanı isə nümayəndənin səlahiyyətlərini təsdiqləyən etibarnamə və ya qəyyumluq sənədi də əlavə olunmalıdır.
Qanunvericiliyə görə, bu sosial müavinət yalnız Azərbaycan vətəndaşlarına deyil, eyni zamanda ölkə ərazisində daimi yaşayış hüququ olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.
Sənədlərin natamam təqdim edilməsi və ya müavinətin təyin edilməsi üçün hüquqi əsasın olmaması hallarında müraciətə mənfi cavab verilə bilər.
Qeyd edək ki, bu sosial mexanizm ailə başçısını itirmiş və əmək qabiliyyəti məhdud olan şəxslərin maddi təminatının gücləndirilməsinə xidmət edir. Vətəndaşlara müraciət zamanı sənədləri tam və düzgün formada təqdim etmək tövsiyə olunur. (baku.ws)
Space TV-nin sosial verilişinin aparıcısı Amil Xəlil qeyri-adi rəqs perfor
Xəbər verdiyimiz kimi, 13 yanvar tarixində Ermənistan xarici işlər nazirin
İranın "Rona" yük gəmisi Xəzər dənizində qəzaya uğrayıb
Beynəlxalq Muğam Mərkəzi oxucuları 2026-cı ilə yeni nəşr etdiyi kitabla
Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qızını bıçaqlayan ana i
Qumral aparıcıya əsəbiləşib efirdən GETDİ
"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunç
İranın məhkəmə hakimiyyətinin başçısı Qolam Hüseyn Möhseni Eceyi öl
"Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Məd
Prezident İlham Əliyev "Şuşa Otel-Konqres Mərkəzi Kompleksi"nin
Azərbaycanla Somali arasında diplomatik pasport sahibləri vizadan qarşılıq
Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahibləri viz
Aparıcı Vüsalə Əlizadə illər sonra Ağadadaş Ağayevlə bağlı etiraf e
2017-ci ildə Tərtər hadisələri zamanı ölən polkovnik-leytenant Saleh Qaf
Fevralın 12-də Opera studiyasında sevilən mahnıların müəllifi, Xalq arti
