Kiberpolis Bakıda əməliyyat keçirdi Saxlanılan var


Digərləri 14 Yan 2026 13:05:00 64 0

Kiberpolis Bakıda əməliyyat keçirdi  Saxlanılan var

Sosial şəbəkədə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərən və bu yolla çoxsaylı onlayn dələduzluqlar etməkdə şübhəli bilinən şəxs həbs olunub.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya "bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı" barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib.

Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş "OTP" təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z.Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Z.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ötən il orta illik inflyasiya 6%ə yaxın olub like
  • 14 Yan 12:57  
Digərləri Ötən il orta illik inflyasiya 6%ə yaxın olub

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr a

arrow Ətraflı
“Simpsonlar”ın 2026 kəhanəti: 72 saat işıq olmayacaq like
  • 14 Yan 12:55  
Digərləri “Simpsonlar”ın 2026 kəhanəti: 72 saat işıq olmayacaq

Məşhur animasiya "Simpsonlar" hər il olduğu kimi bu dəfə də g�

arrow Ətraflı
Sabah qar yağacaq, 16 dərəcə şaxta olacaq like
  • 14 Yan 12:43  
Digərləri Sabah qar yağacaq, 16 dərəcə şaxta olacaq

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
"Ayətullahların devrilməsi qaçılmazdır" like
  • 14 Yan 12:25  
Dünya "Ayətullahların devrilməsi qaçılmazdır"

"İranda hakimiyyət dəyişikliyi qaçılmazdır".

arrow Ətraflı
Cəlilabadda məktəb direktoru piyadanı maşınla vurdu like
  • 14 Yan 12:20  
Digərləri Cəlilabadda məktəb direktoru piyadanı maşınla vurdu

Ötən gün Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
"WhatsApp" mesajlarını oxumaq mümkündür?  Mütəxəssis açıqladı like
  • 14 Yan 12:18  
Digərləri "WhatsApp" mesajlarını oxumaq mümkündür? Mütəxəssis açıqladı

Son vaxtlar sosial şəbəkələrdə istifadəçilər "WhatsApp" mesaj

arrow Ətraflı
Qəzada yaralanan azərbaycanlı gənc Türkiyədə vəfat etdi like
  • 14 Yan 12:15  
Digərləri Qəzada yaralanan azərbaycanlı gənc Türkiyədə vəfat etdi

Bir neçə ay əvvəl Gürcüstanda yol qəzasında ağır xəsarətlər alan az

arrow Ətraflı
Sevincə görə Toliki günahlandırdı: "Çox gözəl idi, ona görə sənə "vülqar" görünüb" like
  • 14 Yan 12:00  
Şou-biznes Sevincə görə Toliki günahlandırdı: "Çox gözəl idi, ona görə sənə "vülqar" görünüb"

Xalq artisti Brilyant Dadaşova geyimi ilə müzakirə yaradan müğənni Sevinc

arrow Ətraflı
Xoşqədəmin 52 yaşını Doğuş belə təbrik etdi like
  • 14 Yan 11:55  
Şou-biznes Xoşqədəmin 52 yaşını Doğuş belə təbrik etdi

Dünən tanınmış aparıcı və jurnalist Xoşqədəm Hidayətqız 52 yaşın�

arrow Ətraflı
Yayılan xəstəliyə görə məktəblər bağlanacaq?  Rəsmi CAVAB like
  • 14 Yan 11:40  
Digərləri Yayılan xəstəliyə görə məktəblər bağlanacaq? Rəsmi CAVAB

Bir çox məktəblərdə uşaqların kütləvi şəkildə xəstələnməsi müş

arrow Ətraflı
Kompensasiya yetərsizdirsə, vətəndaş nə etməlidir? like
  • 14 Yan 11:29  
Digərləri Kompensasiya yetərsizdirsə, vətəndaş nə etməlidir?

Böyük şəhərlərdə köhnə və istifadəyə yararsız tikililər, eləcə d

arrow Ətraflı