Ötən il orta illik inflyasiya 6%ə yaxın olub
Digərləri 14 Yan 2026 12:57:29 77 0
2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105,2 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.
Bu xəbəri də oxu: Kiberpolis Bakıda əməliyyat keçirdi Saxlanılan var
Son.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.
2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz təşkil edib.
Cari ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Məşhur animasiya "Simpsonlar" hər il olduğu kimi bu dəfə də g�
Ötən gün Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Son vaxtlar sosial şəbəkələrdə istifadəçilər "WhatsApp" mesaj
Bir neçə ay əvvəl Gürcüstanda yol qəzasında ağır xəsarətlər alan az
Xalq artisti Brilyant Dadaşova geyimi ilə müzakirə yaradan müğənni Sevinc
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrd�
Dünən tanınmış aparıcı və jurnalist Xoşqədəm Hidayətqız 52 yaşın�
Bir çox məktəblərdə uşaqların kütləvi şəkildə xəstələnməsi müş
"Yanvarın 12-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçiril
Böyük şəhərlərdə köhnə və istifadəyə yararsız tikililər, eləcə d
Jurnalist Kamil Həmzəoğluya (Həmidov) ağır itki üz verib.
"Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir, ada Danimarkanı seçir&
"Bir neçə saat sonra Yaxın Şərqdə tarixin ən böyük müharibəsi ba
