Bu il ölkəyə gətirilən neçə adda dini kitabın yayılmasının qarşısı alınıb? AÇIQLAMA
Digərləri 13 Yan 2026 10:59:07 55 0
Bu il ölkəyə gətirilən və ölkədə nəşr olunan neçə adda dini ədəbiyyat yoxlanılıb və neçə adda kitabın yayılmasının qarşısı alınıb?
Bu xəbəri də oxu: Məzuniyyətə görə pul almaq olar? AÇIQLAMA
Mövzu ilə bağlı Son.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ndən bildirilib ki, ölkə ərazisində istehsal olunan, eləcə də idxal və ixrac edilən dini təyinatlı ədəbiyyatın kağız və elektron daşıyıcılarında, audio və video materialların, dini məzmunlu mal və məmulatların, habelə bu istiqamətdə olan digər məlumat materiallarının dinşünaslıq ekspertizasını həyata keçirir.
"Bununla yanaşı, Komitə dini təyinatlı ədəbiyyatın və digər dini məzmunlu materialların qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzarət markası verilməsini təmin edir.
Dövlət Komitəsində ekspertizası keçirilən dini məzmunlu bütün materiallarla bağlı müraciətlər müxtəlif istiqamətlərdən daxil olur. Bunlar hüquqi və fiziki şəxslərin xaricdən şəxsi istifadə, satış və yayılması məqsədilə dini məzmunlu materialların idxalına müvafiq razılığı verilməsi ilə bağlı müraciətlər, ölkə nəşriyyat və mətbəələrinin sifariş əsasında nəşr etmək istədikləri dini ədəbiyyatlar, dini ədəbiyyatların ixracı ilə bağlı olan müraciətlərdir.
Bildiririk ki, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən - tədqiqi hissə və nəticədən ibarət olur. Dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilmədiyi halda rəydə bunun səbəbi göstərilir.
Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi və "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasında mənəviyyatın və başqalarının hüquqlarının qorunması müddəası yer almaqdadır. Dinşünaslıq ekspertizasının məqsədi məhz sağlam mənəvi mühitin və inancından asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasıdır. Qeyd edilən meyarlar əsasında 2025-ci ildə ölkəyə idxal edilməsi və ölkə daxilində nəşr olunması məqsədilə daxil olmuş müraciətlər əsasında ümumilikdə 3598 adda dini məzmunlu ədəbiyyata baxılıb. Həmin materiallardan 3385 adda ədəbiyyat idxal, 213 adda ədəbiyyat isə nəşr üçün təqdim edilib. Aparılan dinşünaslıq ekspertizasının nəticələrinə görə 3549 adda dini ədəbiyyatın idxalına və nəşrinə müvafiq razılıq verilib, 49 adda dini ədəbiyyatın idxal və nəşri isə məqsədəuyğun sayılmayıb", - deyə qurumdan bildirilib.
Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda elektrik enerjisi
Misirə məxsus "CASA C295" tipli hərbi-nəqliyyat təyyarəsi Azərb
Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yan
Türkiyənin tanınmış teatr və kino aktyoru Koray Ergün 68 yaşında vəfat
Türkiyədə ailə qurmağa hazırlaşan ehtiyaclı gənclər üçün yeni maddi
İranda illərdir davam edən iqtisadi sanksiyalar, yüksək inflyasiya və neft
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef
Müğənni Aysun İsmayılova bu dəfə səhnə obrazı ilə tənqid hədəfinə
Türkiyəli məşhur aktyor və aparıcı Ufuk Özkan qaraciyər çatışmazlı�
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
13 yanvar 2026-cı il saat 15:00-a qədər şagirdlərin elektron yerdəyişməs
Bu gün Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində f
Rusiyanın Kuril adaları yaxınlığında 5,6 bal gücündə hiss olunmuş zəl
Smartfonlardan döyüş təyyarələrinə, elektromobillərdən külək turbinl�
