Dünyanın ən böyük nadir torpaq elementi ehtiyatlarına sahib ölkələr açıqlandı
Digərləri 13 Yan 2026 08:41:00 69 0
Smartfonlardan döyüş təyyarələrinə, elektromobillərdən külək turbinlərinə qədər müasir dünyanın "tikinti bloku" hesab olunan nadir torpaq elementlərinin (REE) qlobal ehtiyat bölgüsü bəlli olub.
Bu xəbəri də oxu: Məzuniyyətə görə pul almaq olar? AÇIQLAMA
Son.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Qurumunun (USGS) məlumatlarına əsasən hazırlanan "Visual Capitalist" hesabatı, stratejik minerallar sahəsindəki qlobal güc balansını ortaya qoyub.
2025-ci ilin məlumatlarına görə, dünya üzrə ümumi nadir torpaq elementi ehtiyatı 91,9 milyon tondur. Maraqlıdır ki, bu ehtiyatların böyük bir hissəsi cəmi bir neçə ölkənin əlində cəmləşib.
Liderlər siyahısı (Milyon tonla): Çin: 44 milyon ton (Qlobal ehtiyatların təxminən 48%-nə təkbaşına nəzarət edir).
Braziliya: 21 milyon ton (Dünya ehtiyatının 23%-i).
Hindistan: 6,9 milyon ton.
Avstraliya: 5,7 milyon ton.
Rusiya: 3,8 milyon ton.
Vyetnam: 3,5 milyon ton.
Hesabatın ən diqqətçəkən məqamı texnologiya nəhəngi ABŞ-nin cəmi 1,9 milyon ton (qlobal ehtiyatın cəmi 2%-i) ehtiyata sahib olmasıdır. Bu, ABŞ-nin xammal və emal olunmuş məhsul ticarətində Çindən ciddi asılılığını göstərir. Tramp administrasiyasının bu strateji boşluğu doldurmaq üçün daxili mədən layihələrini maliyyələşdirdiyi və müttəfiq ölkələrlə əməkdaşlığı artırdığı bildirilir.
İnfrastruktur və emal gücləri artırılacağı təqdirdə, aşağıdakı ölkələr gələcəyin kritik oyunçularına çevrilə bilər:
Qrenlandiya: 1,5 milyon ton.
Tanzaniya: 0,89 milyon ton.
Cənubi Afrika: 0,86 milyon ton. Lalə Qüdrətova Son.az
Bu resept həm az inqrediyent tələb edir, həm də uzun müddət yumşaqlığ�
Vyetnam son illər çinli turistlərin ən çox üstünlük verdiyi istirahət m
Bir çoxumuz üçün yeməkdən sonra tünd bir çay içmək əvəzedilməz bir
Cənubi Afrikadakı qızıl mədənlərində araşdırma aparan elm adamları, q
ABŞ-ın Yuta ştatında səhiyyə sahəsində presedent yaradan qərar qəbul e
Təqvim dəyişdikcə əksəriyyətimiz "Bu il özümə daha yaxşı baxaca
Müşahidə kameralarının əhatə dairəsində qeydə alınan qəzaların təh
Los-Ancelesdə keçirilən 83-cü "Qızıl Qlobus" mükafatlandırma m
İrandan idxal olunan məhsulların qiymətində artım müşahidə olunur.
Abşeron rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Fransanın Tehrandakı səfirliyinin bəzi əməkdaşları ölkədə davam edən
İran xalqının mitinqi terrorçulara qarşı milli gücün nümayişidir.
Osmanlı tarixinin araşdırıcısı Fransevi Efendinin "Mən İranda Qacar
Toyuq əti bir çox insanın sevimli qidasıdır, lakin bəzi hissələrinin sa�
