Azərbaycanda 8 dövlət qurumu ləğv edilib
Digərləri 12 Yan 2026 18:37:00 66 0
Azərbaycanda son 2 ayda 8 dövlət qurumu ləğv edilib, oxşar profilli bəzi qurumlar isə birləşdirilib.
Bu xəbəri də oxu: Evlilik təklifi etdi Biabır oldu
Son.az xəbər verir ki, həmin qurumların mütləq əksəriyyəti Naxçıvan Muxtar Respublikasında fəlaiyyət göstərirdi. Noyabr ayından etibarən Naxçıvanda 3 dövlət qurumu ləğv edilib, bir sıra qurumlar birləşdirilib.
Qeyd olunmalıdır ki, son dövrlər Naxçıvan Muxtar Respublikasında idarəetmə və institusional strukturda ciddi dəyişikliklər aparılır. Bu dəyişikliklər əsasən ayrı-ayrı dövlət qurumlarının ləğvi, səlahiyyətlərin mərkəzləşdirilməsi və bəzi strukturların birləşdirilməsi ilə müşayiət olunur.
Ləğv edilən qurumlardan biri Muxtar Respublikanın Dövlət Energetika Xidməti olub. Qurum 2017-ci ildə yaradılmışdı və elektrik enerjisinin istehsalı, ötürülməsi, təchizatı və bu sahədə dövlət tənzimlənməsini həyata keçirirdi. Lakin İlham Əliyevin 2025-ci ilin noyabrında imzaladığı sərəncama əsasən Naxçıvanda elektrik enerjisi təchizatının Azərişıq ASC-yə verilməsi bu qurumun funksional əhəmiyyətini aradan qaldırdı və nəticədə xidmət ləğv olundu.
Oxşar proses qaz təsərrüfatı sahəsində də baş verdi. 2025-ci ilin dekbarında Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edildi və bundan sonra bölgədə qaz təchizatına Azəriqaz İstehsalat Birliyi nəzarət edəcək. Qurumun balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinə verilməsi bu keçidin texniki və institusional əsasını formalaşdırdı. Qeyd edək ki, sözügedən xidmət 2019-cu ildə yaradılmışdı.
Sosial sahədə də struktur dəyişikliyi aparılıb. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib. 2008-ci ildən fəaliyyət göstərən bu komissiya əlillik dərəcəsinin müəyyən edilməsi, əmək qabiliyyətinin qiymətləndirilməsi və reabilitasiya ehtiyaclarının müəyyən olunması kimi mühüm funksiyalar icra edirdi. Yeni qərara əsasən, bu səlahiyyətlər Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu dəyişiklik sosial ekspertiza mexanizmlərinin mərkəzləşdirilməsi kimi qiymətləndirilir.
Bununla yanaşı, Naxçıvanda birləşdirmə yolu ilə optimallaşdırma prosesi də həyata keçirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvanpoçt" MMC, "Naxçıvan Telekom" MMC və "Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi" publik hüquqi şəxsi birləşdirilərək onların əsasında "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC yaradılıb. Yeni qurumun ümumi yığıncağının səlahiyyətləri MR Nazirlər Kabineti və MR İqtisadiyyat Nazirliyinə verilib.
Naxçıvan Muxtar Respublikasında struktur optimallaşmadırılması ilə paralel, Azərbaycan Elm və Təhsil Nazirliyində də bəzi qurumların ləğv edilməsi prosesi aparılıb. Belə ki, 2025-ci ilin dekabrında Elm və Təhsil Nazirliyinin tabeliyindəki "Nafta", "Aşqar" və "Kompozit" Elmi İstehsalat Birliyi ləğv edilib./modern Son.az
Xalq artisti Fatma Mahmudova "Bir gün" verilişində şəxsi həyatı
Bakıdakı "Rent a car" obyektlərindən birinin çəkdiyi reklam nara
Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkd
Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən təsdiq olunmuş "Gə
"Vergi Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, bu ildən
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xanəndə Mal
Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilov məhkəmə prosesində özü-ö
"Araz Supermarket" şəbəkəsindən alınmış şirniyyat məhsulu ci
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları t
Şəkidə dava bir nəfərin ölümü ilə bitdi.
Bu gün tələbənin vəfat etdiyi Sənaye və Texnologiyalar üzrə Gəncə D
Müğənni Şəbnəm Tovuzlu təmtəraqlı ad günündən 173 min manat pul yı�
