Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək
Digərləri 12 Yan 2026 17:57:00 63 0
"Vergi Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda "üfüqi monitorinq"in tətbiqinə start verildi.
Bu xəbəri də oxu: Baş nazir qərar imzaladı
Son.az xəbər verir ki, yeni monitorinq vergi risklərini vergi orqanına əvvəlcədən açıqlamaq imkanı yaradır.
Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarının keçirilməsi yalnız istisna hallarda mümkün olacaq.
Deputat qeyd edib ki, praktik olaraq, yeni qaydalar səyyar yoxlamaların sayını daha da minimumlaşdıracaq. Dediyinə görə, son illər səyyar yoxlamaların sayının azalması müşahidə olunur:
"Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29%, 2018-ci ilə nisbətən isə 5 dəfə azalıb".
V.Bayramov vurğulayıb ki, yeni monitorinqdə vacib məqamlardan biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır. Yeni dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə - 25% maliyyə sanksiyası tətbiqi nəzərdə tutulur.
Bildirib ki, vergi orqanı "üfüqi monitorinq"in əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron formada izləyəcək. Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək "üfüqi monitorinq" iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçiminin verilməsi də nəzərdə tutulur:
"Avtomatlaşdırılmış uçotu aparan və daxili nəzarət sisteminin tətbiq edən orta və iri sahibkarlar "üfüqi monitorinq"ə qoşula bilərlər. Bu həmçinin orta və iri ödəyicilərlə vergi orqanları arasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur".
Mina Mikayılova Son.az
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xanəndə Mal
Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilov məhkəmə prosesində özü-ö
"Araz Supermarket" şəbəkəsindən alınmış şirniyyat məhsulu ci
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları t
Şəkidə dava bir nəfərin ölümü ilə bitdi.
Bu gün tələbənin vəfat etdiyi Sənaye və Texnologiyalar üzrə Gəncə D
Müğənni Şəbnəm Tovuzlu təmtəraqlı ad günündən 173 min manat pul yı�
Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadl
Dünya birjalarında gümüşün qiymətində yeni rekord göstərici qeydə al�
Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şər
İstanbul Baş Prokurorluğunun apardığı məşhurları hədəf alan narkotik
