Heydər Əliyev Mərkəzi amerikalı heykəltaraşın sərgisinə hazırlaşır


Siyasət 12 Yan 2026 09:45:00 59 0

Heydər Əliyev Mərkəzi amerikalı heykəltaraşın sərgisinə hazırlaşır

Yanvarın 16-da Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) sərgisi açılacaq.

Son.az xəbər verir ki, Kerol Förmen güclü realist təsirə malik bütöv bədən heykəlləri yaratmaqla məşhurdu, üzgüçüləri və rəqqasları təsvir edən fiqurativ heykəlləri ilə tanınır. Bakıda təqdim olunacaq "Suda yenidən doğulanlar" (Reborn into the Water) sərgisi rəssamın 1970-ci illərdəki işlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.

"Üzgüçülər" seriyası Förmenin incəsənətinin rəmzi ifadəsidir. Qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlanan heykəllər tamaşaçıları insan bədəninin sarsılmaz gücünü yenidən kəşf etməyə dəvət edir. Rəssam yalnız fiziki gücü nəzərdə tutmur, o, əsərləri ilə həm də şəxsi və ictimai çətinlikləri dəf edən daxili güc barədə düşünməyi vacib bilir. "Suda yenidən doğulanlar" sərgisi həm şəxsi hekayədir, həm də daha geniş sosial düşüncəni əks etdirir. Heykəltaraş ekspozisiyadakı əsərlər vasitəsilə empatiyanı təşviq etməyi, köhnəlmiş düşüncələri aşmağı hədəfləyir. Müəllifin "Rut" əsəri isə ictimaiyyətə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunacaq.

Kerol Förmenin əsərləri bugünədək dünyanın nüfuzlu məkanlarında sərgilənib. Açıq hava instalyasiyaları Nyu-Yorkda "Park Avenue", "Central Park", eləcə də Nyu-Orleandakı "Poydras Corridor" və Parisdəki "Avenue George V" kimi məkanlarda nümayiş olunub. Bu gün Kerol Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını və dünyanın müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalarda saxlanılır.


Xəbərə aid video

Gəncədə 59 yaşlı kişi bıçaqlandı like
  • 12 Yan 09:41  
Digərləri Gəncədə 59 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçalanma hadisəsi baş verib.

arrow Ətraflı
Lökbatanda kişi dəm qazından boğulub like
  • 12 Yan 09:35  
Digərləri Lökbatanda kişi dəm qazından boğulub

Lökbatanda 66 yaşlı kişi dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Binəqədidə bəzi ərazilərdə işıq olmayacaq like
  • 12 Yan 09:23  
Digərləri Binəqədidə bəzi ərazilərdə işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilə

arrow Ətraflı
Avro və rubl yenidən bahalaşdı like
  • 12 Yan 09:17  
Digərləri Avro və rubl yenidən bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Azərbaycanlı müğənninin 4 min manatlıq idman ayaqqabısı... like
  • 12 Yan 09:15  
Şou-biznes Azərbaycanlı müğənninin 4 min manatlıq idman ayaqqabısı...

Müğənni Hiss bahalı ayaqqabısı ilə gündəmə gəlib.

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 12 Yan 09:00  
Digərləri Azərbaycanda zəlzələ oldu

Pirqulu stansiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alı

arrow Ətraflı
Dünyanın ilk fotoşəkili: 8 saatlıq səbrin nəticəsi like
  • 12 Yan 08:48  
Dünya Dünyanın ilk fotoşəkili: 8 saatlıq səbrin nəticəsi

Bu gün saniyələr içində minlərlə yüksək keyfiyyətli şəkil çəksək

arrow Ətraflı
NASA mühəndisindən radikal iddia: Qravitasiyaya qalib gələcək yeni qüvvə tapıldı like
  • 12 Yan 08:23  
Digərləri NASA mühəndisindən radikal iddia: Qravitasiyaya qalib gələcək yeni qüvvə tapıldı

Klassik fizika və kosmos sahəsində inqilab yarada biləcək bir iddia gündə

arrow Ətraflı
Budağında 20 qəpik, qadınların əlində isə 60 qat dəyər qazanır like
  • 12 Yan 08:08  
Digərləri Budağında 20 qəpik, qadınların əlində isə 60 qat dəyər qazanır

Türkiyədə qadınların əməyi və sahibkarlıq ruhu təbiətdən gələn sad

arrow Ətraflı
Pişiyiniz niyə kölgəniz kimi hər yerdə arxanızca gəlir? like
  • 12 Yan 07:07  
Digərləri Pişiyiniz niyə kölgəniz kimi hər yerdə arxanızca gəlir?

Evin içində atdığınız hər addımda arxanızca gələn bir pişik... Əgə

arrow Ətraflı
Bağırsaq sağlamlığı üçün beş faydalı məsləhət like
  • 12 Yan 06:06  
Digərləri Bağırsaq sağlamlığı üçün beş faydalı məsləhət

Sosial mediada və ya supermarket rəflərində bağırsaq sağlamlığını yax

arrow Ətraflı
“Estetikim yoxdur” like
  • 12 Yan 05:05  
Şou-biznes “Estetikim yoxdur”

Model Kendall Cenner son vaxtlar səslənən estetik müdaxilə iddialarına mü

arrow Ətraflı
Qızdırması olan uşağa bu səhvləri etməyin – vəziyyəti daha da ağırlaşdıra bilər like
  • 12 Yan 04:04  
Digərləri Qızdırması olan uşağa bu səhvləri etməyin – vəziyyəti daha da ağırlaşdıra bilər

Mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlarda bədən temperaturunun 38°

arrow Ətraflı
Bunu içsəniz arıqlayıb "çöpə" dönəcəksiniz like
  • 12 Yan 03:03  
Digərləri Bunu içsəniz arıqlayıb "çöpə" dönəcəksiniz

Şüyüd toxumu yağı uzun illərdir təbii müalicə vasitəsi kimi tanınır.

arrow Ətraflı
Aclıq olmadan “cavanlaşma”: Amerikalı alimlərdən yeni pəhriz modeli like
  • 12 Yan 02:02  
Digərləri Aclıq olmadan “cavanlaşma”: Amerikalı alimlərdən yeni pəhriz modeli

ABŞ-li alimlər aclıq hissi yaratmadan orqanizmdə faydalı bioloji dəyişikl

arrow Ətraflı