Əqli Mülkiyyət Agentliyi “Sarı gəlin” Azərbaycan xalq mahnısı barədə şərh yayıb


Digərləri 09 Yan 2026 16:41:00 78 0

Əqli Mülkiyyət Agentliyi “Sarı gəlin” Azərbaycan xalq mahnısı barədə şərh yayıb

Bu günlərdə İran İslam Respublikasının televiziya kanalında müğənni və bəstəkar Araz Torosyan (Araz Dare) "Sarı gəlin" Azərbaycan xalq mahnısını erməni və fars dillərində ifa edib. İranın bır sıra internet saytları ifa edilən "Sarı gəlin" Azərbaycan xalq mahnısını erməni mahnısı kimi təqdim edib.

A.Torosyan "Sari gəlin" mahnısını özünün Youtube kanalında da "Sari Aghjik" erməni folklor mahnısı (https://youtu.be/32B9JfiAspQ?si=RMCahVTMoQjZGyx0) kimi paylaşıb.

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi bəyan edir ki, "Sarı gəlin" xalq mahnısı Azərbaycan türklərinə məxsusdur. Agentliyin eksperti bəstəkar Cavanşir Quliyevin rəyinə görə, "Sarı gəlin" mahnısı "Şur" məqamında yazılıb. "Şur" məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə "Sarı gəlin" uzun havadır. "Uzun hava" türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını "Şur" muğamının "Şur-Şahnaz" şöbəsinə edilən modulyasiya icra edir. "Şur-Şahnaz" ancaq Azərbaycanda təşəkkül tapmış "Şur" dəsgahının əsas şöbələrindən biridir."

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu, bir sıra dillərdə nəşr olunmuş "Erməni yadelli nağılları" kitabında erməni ədəbi oğurluqları, o cümlədən "Sari gəlin" xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar geniş təhlil olunub.

Kitabda qeyd olunur ki, "1925-ci ildə Yerevanda Elm və İncəsənət İnstitutu yanında vəzifəsi xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi olan xüsusi bölmə yaradıldı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S.Komitasın (Soqomonyanın) şagirdi S.Məlikyan rəhbərlik edirdi. Çoxsaylı erməni tədqiqatlarında "Erməni musiqisinin dahisi" kimi təqdim olunan S.Komitasın özü isə 1959-cu ildə çapdan çıxmış "Ensiklopedik musiqili lüğət"ə uyğun olaraq, dini musiqi ilə aludəçilikdən savayı, üç mindən artıq mahnını yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri "Yes keza tesa" adı altında erməni xalq mahnısı kimi verilmiş çox gözəl qədim Azərbaycan mahnısı "Sarı gəlin"dir ("Etnoqrafik toplu", c. 1, № 56). Başqa mahnılar sırasında o da S.Məlikyan tərəfindın Komitasın "Etnoqrafik toplusu"nda şərhlə nəşr olunmuşdur. Bu kompilyasiya "SSRİ xalqları musiqisi tarixi"- ndə (c. 1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K.Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilmişdir. Bu musiqi oğurluğunun təkrarlanması ilə indi də qarşılaşırıq: həm müxtəlif xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdirilir ki, bu, "erməni xalq mahnısı"dır. Misal üçün, bu yaxınlarda "Avropa musiqi toplusu" tərtib olunarkən ermənilər bu musiqi incisini növbəti dəfə erməni mahnısı kimi keçirməyə nail olmuşlar. İnanılmazdır, ancaq faktdır ki, nə tərtibçilər və naşirlər, nə də bu mahnını təqdim edən ermənilər "Sarı gəlin" anlayışının etimologiyası ilə tanış olmamışlar. "Sarı gəlin" sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası vardır. Azərbaycan dilində "gəlin" "gəlmək" felindən yaranmışdır, "sarı" isə "bizə doğru", deməli, "bizə doğru gələn gəlin" deməkdir. Beləliklə də, "Avropa musiqi toplusu"nda erməniləşdirilmiş "Sarı gəlin" "Sarı rəngli gəlin" kimi qalmışdır. Hələ onu demirik ki, bənzərsiz "neylim-neylim" nəqarəti ("mən nə edim?" mənasında) bu nəşrdə latın hərflərində Azərbaycan dilində saxlanmışdır. Hər bir azərbaycanlıya aydın olan bu sözlərin mənası erməni plaqiatçılar üçün əlçatmaz olmuşdur. Onu da qeyd etmək lazımdır ki, erməni musiqisinin banisi Komitasın bu mahnının adını erməniləşdirmək cəhdləri əbəs olmuşdur. Ermənilər bu mahnını Azərbaycan orijinalında olduğu kimi "Sarı gəlin" adı ilə təqdim edir və oxuyurlar."

Qeyd edək ki, Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsəməsi ilə bağlı hər bir fakt Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq izlənilir, araşdırılır və mənimsənilən mahnıların müəlliflərinin və ya onların vərəsələrinin pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilir. Hər bir fakt üzrə Agentlikdə araşdırmalar aparılaraq, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, mediada yayılır.

Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ like
  • 09 Yan 16:37  
Digərləri Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

arrow Ətraflı
Suiqəsdə uğradığı deyilən Əhməd Şara görün harada görüntüləndi like
  • 09 Yan 16:35  
Dünya Suiqəsdə uğradığı deyilən Əhməd Şara görün harada görüntüləndi

Suriya prezidenti Əhməd Şara xəsarət alması ilə bağlı yayılan iddialar

arrow Ətraflı
Diplomların verilmə forması dəyişdi  Elektron olacaq like
  • 09 Yan 16:10  
Digərləri Diplomların verilmə forması dəyişdi Elektron olacaq

"Azərbaycanda bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.)

arrow Ətraflı
Xoşqədəm Hidayətqızı Tovuzun icra başçısını tənqid etdi like
  • 09 Yan 15:51  
Şou-biznes Xoşqədəm Hidayətqızı Tovuzun icra başçısını tənqid etdi

"ARB"də yayımlanan "Səni axtarıram" verilişinin aparıc

arrow Ətraflı
Müharibə əlilləri və şəhid ailələri buna görə rüsum ödəməyəcək like
  • 09 Yan 15:50  
Siyasət Müharibə əlilləri və şəhid ailələri buna görə rüsum ödəməyəcək

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyy

arrow Ətraflı
Prezident Anar İsgəndərovla bağlı Sərəncam imzaladı like
  • 09 Yan 15:49  
Siyasət Prezident Anar İsgəndərovla bağlı Sərəncam imzaladı

Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib.

arrow Ətraflı
AzTVnin Teleradio Akademiyası media nümayəndələri üçün təlimlərə başlayır like
  • 09 Yan 15:33  
Digərləri AzTVnin Teleradio Akademiyası media nümayəndələri üçün təlimlərə başlayır

Media təkcə informasiyanı ötürən vasitə deyil, eyni zamanda ictimai düş

arrow Ətraflı
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar like
  • 09 Yan 15:29  
Siyasət Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktublar

arrow Ətraflı
AZAL BakıTehranBakı reysini LƏĞV ETDİ like
  • 09 Yan 15:27  
Digərləri AZAL BakıTehranBakı reysini LƏĞV ETDİ

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzr

arrow Ətraflı
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb like
  • 09 Yan 15:22  
Digərləri Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının təda

arrow Ətraflı
"Avant Group" ləğv olunur like
  • 09 Yan 15:17  
Digərləri "Avant Group" ləğv olunur

"Avant Group" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu el

arrow Ətraflı
“Ümid 2026” incəsənət müsabiqəsi keçiriləcək like
  • 09 Yan 15:08  
Digərləri “Ümid 2026” incəsənət müsabiqəsi keçiriləcək

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə

arrow Ətraflı