Müharibə əlilləri və şəhid ailələri buna görə rüsum ödəməyəcək
Siyasət 09 Yan 2026 15:50:00 88 0
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir.
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilib.
Buraya aiddir:
- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;
- torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;
- daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına
- (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması;
- eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.
Dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının - müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.
Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib.
Media təkcə informasiyanı ötürən vasitə deyil, eyni zamanda ictimai düş
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktublar
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzr
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının təda
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə
Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhl�
Müğənni Eldəniz Məmmədov "Məcnun" obrazını canlandırmaq ü�
2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssis
Gəncə sakini, 1969-cu il təvəllüdlü Fuad Bədəlov 1992-1994-cü illərdə
Astroloqlar yaxın dövrdə bürclərin bəziləri üçün həyatlarında kəski
Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
Xəbər verdiyimiz kimi, Gəncədə alüminium zavodunun direktoru Cəmil Səfə
