Ölkədə təhsilin inkişafı daim Prezidentin diqqətindədir
Siyasət 08 Yan 2026 14:55:00 71 0
Prezident İlham Əliyev yanvarın 5-də yerli telekanallara verdiyi müsahibə zamanı önəmli məsələlərə toxunub. Ölkə başçısının çıxışında xüsusi yer alan məsələlərdən biri də elm və təhsil sahəsinin əhəmiyyəti oldu. Prezident vurğulayıb ki, müasir dünyada dövlətin və millətin real gücü təkcə təbii sərvətlərlə deyil, bilikli və savadlı insan kapitalı ilə ölçülür.
Bu xəbəri də oxu: Paşinyan: Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir
"Cəmiyyət savadlı və bilikli olduğu halda uzunmüddətli inkişafa nail olmaq olar. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq", - deyə İlham Əliyev qeyd edib.
İnsan kapitalının formalaşdırılması, bilikli kadrların yetişdirilməsi və onların ölkə daxilində səmərəli fəaliyyətinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Son.az-a açıqlamasında bildirib ki, Dövlət başçısı ölkədə aparılan islahatları, təhsil və elmin idarəçiliyinin birləşdirilməsini, savadlı kadrların yetişdirilməsini və onların müxtəlif sahələrdə fəaliyyətini təmin edən tədbirləri xüsusi vurğulayıb.
Deputat qeyd edib ki, gənclər xaricdə təhsil aldıqdan sonra ölkəmizə dönür və müxtəlif dövlət qurumlarında fəaliyyət göstərirlər ki, bu da beynəlxalq təcrübəni mənimsəyib Azərbaycanın inkişafına öz töhfələrini verdikləri anlamına gəlir.
C.Məmmədov hesab edir ki, xaricdə oxuyan şəxslərin işlə təmin olunması, onların təhsilinin maliyyələşdirilməsi, müəllimlərin və alimlərin maaşlarının artırılması olduqca önəmli məsələdir:
"Bu gün savadlı kadrların müxtəlif sahələrdə işə cəlbi üçün dövlət tərəfindən davamlı tədbirlər həyata keçirilir".
Millət vəkili söyləyib ki, Azərbaycanda universitetlərin bir qismi birgə yaradılmış universitetlərdir:
"Qarabağ Universiteti uğurla fəaliyyətini davam etdirir. Müəllimlərin savadlı biliklərinin artırılması istiqamətində işlər görülür. Bütün bu addımlar göstərir ki, ölkədə təhsilə böyük diqqət və qayğı var. Cənab Prezidentin rəhbərliyi ilə bu sahədə görülən işlər nəticəsində Azərbaycan təhsili daha da irəliyə gedir və inkişaf edir. Bu da ölkəmizin inkişafına öz müsbət təsirini göstərir".
Mina Mikayılova Son.az
Astroloqların proqnozlarına görə, yanvar ayı bəzi bürclər üçün taley�
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhər
Xəbər verdiyimiz kimi, məşhur reper Elşad Xose 15 gün müddətinə inzibat
Ermənistan və Azərbaycan arasında mümkün ticarət əməkdaşlığı çər�
Əməkdar artist Gülzar Qurbanova qızı Fidanla birlikdə arxiv fotosunu sosia
Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda ötən gün günorta saatla
Türk Hava Yolları (THY) 500-cü "Airbus A350" tipli təyyarə il
Milli Məclisin deputatı Novruzəli Aslanov 2026-cı il 8 yanvar tarixində �
Tarix sübut edir ki, heç bir hakimiyyət əbədi deyil. Xalq etirazları, hər
Çində bir məzmun yaradıcısı öz dizayn etdiyi helikopterlə TikTok-da canl
Bəzi xanımlar ərini heyvandan da aşağı görürlər”
Prezident İlham Əliyev "Nizamnamə kapitalında dövlətə məxsus səhml
