"Rahidə Baxışovanın "ölüm xəbəri"ni yazdırdıq ki..."
Şou-biznes 08 Yan 2026 10:15:00 81 0
Prodüser Pərviz Əfqan "Öz aramızda" verilişində müğənni Rahidə Baxışova ilə bağlı şok iddialar səsləndirib.
Bu xəbəri də oxu: Ülviyyə Vəfanın yalan danışdığını iddia etdi
Son.az xəbər verir ki, onun sözlərinə görə, 2008-2009-cu illərdə Rahidə Baxışova ikinci dəfə səhnəyə qayıdanda ciddi çətinliklərlə üzləşib. Pərviz bildirib ki, müğənnini efirlərə dəvət etdirmək istəsələr də, televiziya proqramları maraq göstərmirmiş:
"Mən Rahidə xanımla işlədiyim dövrdə - 2008-2009-cu illərdə o, ikinci dəfə səhnəyə qayıtmışdı. Onu efirlərə çıxarmaq istəyirdik, amma çağırmırdılar. Deyirdilər ki, bizə maraqlı deyil. Onlara qalmaqallı, gündəmdə olan adlar lazım idi".
Prodüser iddia edib ki, vəziyyəti dəyişmək üçün saxta ölüm xəbəri yaydırmaq qərarına gəliblər:
"O vaxt Cavanşir Babəloğlu adlı jurnalist vardı. Ona dedim ki, məqalə yazılmalıdır - guya Rahidə Baxışova Bakı-Ələt yolunda baş verən qəza nəticəsində ölüb".
Pərvizin sözlərinə görə, bu xəbərdən sonra vəziyyət tamamilə dəyişib:
"Bundan sonra bizi çağırmayan efirlərin hamısı çağırdı. Hətta A kateqoriyalı müğənnilərin mahnılarının səsləndirildiyi radiolarda Rahidə xanımın da mahnıları verilməyə başladı".
Prodüser etiraf edib ki, həmin addım o dövrün şou-biznes reallıqları ilə bağlı idi və məqsəd müğənnini yenidən gündəmə gətirmək olub.
Musa Son.az
Xəbər verdiyimiz kimi, ötən gün Qazaxın Xanlıqlar kəndində "SOCAR
Yanvarın 8-də Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbista
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasın
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop
ABŞ-nin Nyu-York Cənub Dairəsi Federal Məhkəməsində Venesuela Prezidenti
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Səyahət həvəskarları üçün maraqlı bir marşrut müəyyən edilib. Portu
Türkiyənin ən yaxşı universitetlərini müəyyən edən URAP (University Ra
Yumşaq biskviti və ipək kimi hamar kremi ilə klassikləşmiş bu şirniyyat
3-4 həftə ərzində müntəzəm və orta miqdarda tünd şokolad istehlakı qa
Narkotik istintaqı çərçivəsində saxlanılan fenomen Şeyma Subaşı şok e
Yeni il tətillərindən sonra gündəlik rejimin pozulması bir çox insanda yu
