Bakıda yeniyetməynin öldüyü kartinqdə sürət 120 olub Bəs təhlükəsizlik? ARAŞDIRMA
Digərləri 07 Yan 2026 13:00:00 97 0
"Baku City Karting"də yeniyetmənin ölümü ilə nəticələnən qəza bu sahədə mövcud olan təhlükəsizlik problemlərini bir daha gündəmə gətirib. Dünya praktikasına nəzər saldıqda kartinqdə ölüm və ağır xəsarətlə nəticələnən qəzaların az olmadığını görürük.
Bu xəbəri də oxu: Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
Qeyd edək ki, kartinq mərkəzlərində sürücülük vəsiqəsi tələb olunmur. Bunun əvəzinə iştirakçılardan müqavilə imzalamaları tələb edilir. Həmin sənəddə göstərilir ki, sürən şəxsə hər hansı xəsarət dəyərsə, müəssisə məsuliyyət daşımır, lakin kartinq avtomobilinə zərər dəydiyi halda bütün məsuliyyət iştirakçının üzərinə düşür.
Bununla yanaşı, sosial şəbəkələrdə "Sürəti hiss et, bacarığını yoxla və təcrübəni yeni səviyyəyə qaldır", "Sürətin yeni adı: Sodi RX -120 km/saat" kimi reklamlarla insanlar sürəti sınaqdan keçirməyə təşviq olunur.
Kartinq sənayesi 120 km/saat sürəti adrenalin və əyləncə kimi təqdim etsə də, bu sürət həddi nə dərəcədə təhlükəsizdir?
Son.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, kartinq çox vaxt əyləncə kimi təqdim olunsa da, əslində mühərriki və sürəti olan, ciddi risklər daşıyan texniki vasitədir. Bu səbəbdən kartinq mərkəzlərində təhlükəsizlik məsələsi heç vaxt ikinci planda qalmamalıdır.
Ekspertin sözlərinə görə, baş verən son hadisələr bəzi kartinq mərkəzlərində təhlükəsizliyə ya sistemsiz yanaşıldığını, ya da bu məsələnin formal xarakter daşıdığını göstərir:
"Baş verən faciə açıq şəkildə göstərdi ki, bəzi kartinq mərkəzlərində təhlükəsizlik mexanizmləri ya düzgün qurulmayıb, ya da sadəcə kağız üzərində mövcuddur. Halbuki kartinq sadə oyun deyil və burada ən xırda səhlənkarlıq belə ağır nəticələrə səbəb ola bilər".
Orxan Musayev qeyd edib ki, təhlükəsizlik ilk növbədə kartinqlərin texniki sazlığından başlayır:
"Hər bir kartinq trassaya çıxmazdan əvvəl mütləq texniki baxışdan keçirilməlidir. Əyləclər tam işlək vəziyyətdə olmalı, sükan sistemində boşluq yaranmamalı, qaz pedalı ilişməməlidir. Xüsusilə yeniyetmələr üçün kartinqlərin sürəti məhdudlaşdırılmalı, uşaqlar üçün ayrıca sürət həddi müəyyən edilməlidir. Təxmini və məsuliyyətsiz yanaşma riskləri dəfələrlə artırır".
Ekspert vurğulayıb ki, kartinqdən istifadə etməzdən əvvəl məcburi təlimlərin keçirilməsi zəruridir:
"İştirakçılara təhlükələr aydın və başa düşülən şəkildə izah edilməlidir. Qəza zamanı necə davranmaq lazım olduğu öyrədilməlidir. Xüsusilə uşaqlara izah olunmalıdır ki, panika zamanı qazı sıxmaq deyil, əksinə əyləci basmaq lazımdır. Bu biliklər həyati əhəmiyyət daşıyır".
Əməkdar artist Gülüstan Əliyeva mərhum həyat yoldaşının vandalizmə m�
"Hyundai Motor Group" 2028-ci ildən etibarən avtomobil zavodlarında
İranın Abdanan şəhərində xalqın nəzarəti altına keçib. Melekşahda b
Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel Türkiyə Böyük Millə
Rayonlarda fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısına topla�
Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kəndində yanvarın 5-də baş
"Cənab Prezident İlham Əliyevin yanvar ayının 5-də yerli televiziya k
KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi geniş
Zaqatala rayonunun Maqov kəndində yerləşən "Zaqatala Broyler" MMC
Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb
Türk kinosunun əfsanəvi simalarından olan Kadir İnanır ağır müalicə v
Ötən gündən deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlunu
Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq had
Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat keyfiyyətinin yük
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Respublikaçı qanunvericil�
