Stomatoloqlar TƏBİBin qarşısına toplaşdı İxtisarlara görə
Digərləri 07 Yan 2026 12:33:50 76 0
Rayonlarda fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısına toplaşıb.
Bu xəbəri də oxu: Əməkhaqlarında artımlar gözlənilir
Son.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in qarşısına toplaşanlar arasında müxtəlif rayonlardan gəlmiş təxminən əlliyə yaxın stomatoloq iştirak edir.
Məlumata görə, onlar ixtisar qərarlarının ləğv edilməsini və bu məsələyə yenidən baxılmasını tələb edirlər.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib.
Xatırladaq ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ötən ilin noyabr ayında keçirdiyi mətbuat konfransında sözügedən məsələ toxunmuşdu:
"Biz ilin əvvəlindən təhlillər aparmışıq, əlimizdə stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar var idi. O dövrdən bugünədək stomatoloqların fəaliyyətini dəyərləndirdik. Elə tibb müəssisələrimiz var ki, oraya bir il ərzində 1 nəfər belə müraciət etmir. Demək ki, vətəndaş bu xidmətin keyfiyyətindən məmnun deyil. Çünki stomatologiya ən çox müraciət olunan sahələrdən biridir. Əgər müraciət yoxdursa, demək, xidmətin səviyyəsi qənaətbəxş deyil. Vacib məqam vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətindən məmnun qalmasıdır. Bununla bağlı TƏBİB ciddi islahatlar həyata keçirəcək. Stomatoloqlarla bağlı araşdırma davam edir. Nəinki stomatoloq, digər həkimlərin fəaliyyəti ilə bağlı da araşdırma gedir və son nəticələrlə bağlı məlumat veriləcək. Regionlarda artıq bəzi stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib".
Mina Mikayılova Son.az
Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kəndində yanvarın 5-də baş
"Cənab Prezident İlham Əliyevin yanvar ayının 5-də yerli televiziya k
KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi geniş
Zaqatala rayonunun Maqov kəndində yerləşən "Zaqatala Broyler" MMC
Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb
Türk kinosunun əfsanəvi simalarından olan Kadir İnanır ağır müalicə v
Ötən gündən deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlunu
Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq had
Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat keyfiyyətinin yük
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Respublikaçı qanunvericil�
Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyinat o
Qusar rayonunda 3 nəfər dəm qazından zəhərlənib.
Paytaxtın Nəsimi rayonu 3-cü mikrorayon dairəsi ətrafında parking yaradı
Venesueladakı müvəqqəti hakimiyyət 30-50 milyon barel yüksək keyfiyyətli
Əməkdar artist Elton Hüseynəliyev bir müddət əvvəl sərt tənqid etdiyi
