Alınan biletin 80 faizini qaytarıblar Sərnişinlər isə yollarda qalır...
Digərləri 06 Yan 2026 15:00:00 90 0
Yeni ilin ilk günlərində Tərtər sakinləri rayon avtovağzalında Bakıya gəlmək üçün bilet tapa bilmədiklərindən şikayət etmişdi.
Son.az xəbər verir ki, vətəndaşlar avtobuslarda kifayət qədər yer olmasına baxmayaraq, onlara bilet satılmamasından gileylənmişdi.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, problemi bilet alveri ilə məşğul olan bəzi şəxslər yaradır: "Belə ki, işbazlar biletləri qabaqcadan kassadan sistem vasitəsilə alır və vətəndaş onlayn sistemə daxil olarkən biletlərin satıldığını görür. Sonradan həmin biletlər şəxslər tərəfindən kassadan dəyərindən artıq qiymətə təqdim olunur. Satışı tam olaraq reallaşdırmaq mümkün olmadıqda, artıq qalan biletlər sistem vasitəsilə qaytarılır. Nəticədə avtobuslarda yer olduğu halda onlayn qaydada bilet almaq istəyən vətəndaş biletsiz qalır.
Bəzi hallarda onlayn satışın əhatə dairəsinin genişənməsinə ciddi müqavimət göstərilir və maneələr yaradılır. Aparılan davamlı təhlillər və araşdırmalar nəticəsində məlum olub ki, bir avtovağzalda təkcə son 3 ayda kassadan öncədən alınan biletlərin 80%-i səbəbsiz olaraq geri qaytarılıb. Bilet satışına edilən bu cür müdaxilələr vətəndaşların rahat gediş-gəlişinə və onlayn satışın genişlənməsinə əngəl yaradır.
Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (Dİ
"Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsah
Xatun Əliyeva məclislərdə yersiz zarafatlara etiraz edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının
Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısında dəyi
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt işləyən Hacımə
Maskata səfəri çərçivəsində Leyla Əliyeva Sultan Qabus Böyük Məscidin
Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və hu
Xalq artisti Aygün Kazımova Dubayda təşkil olunmuş dəbdəbəli toy mərasi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərind�
Sabirabadda arvadını qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Tal�
Bir neçə ildir paytaxt sakinlərini narahat edən məsələlərdən biri də Q
Rusiyada Kamçatkanın cənub-şərq sahilindəki Sakit okean akvatoriyasında 4
Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində t
