Sintetik maddə ilə rəngləyib "kənd çolpası" adı ilə satırmışlar
Digərləri 06 Yan 2026 13:06:00 91 0
Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub.
Bu xəbəri də oxu: Partlayışda ölən SOCARın işçisi imiş RƏSMİ
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, laborator sınaq zamanı "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.
Tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.
Xatırladaq ki, AQTA-nın əməkdaşları tərəfindən qanunsuz hallara yol verən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Şahin Salam oğlu Salahova məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb.Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib.
Yanvarın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Yeni Klinika PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin
Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə Cəzaların icrasına nəzarət B
Lənkəran Olimpiya İdman Kompleksində məşq keçən uşaqların valideynlər
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Müğənni Güllünün oğlu Tuğberk Yağız Gülterin açıqlaması müzakirə
Venesuelanın paytaxtı Karakasda şənbə gecəsi saxlanılaraq ABŞ-yə aparı
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatların
Türkiyədə FETÖ-nü hədəf alan əməliyyatlarda 20 gün ərzində 223 şüb
Müğənni Sibel Can ailəsində yaşanan sevincli hadisə münasibətilə gəli
ABŞ-nin 3 yanvar tarixində Venesuelaya qarşı həyata keçirdiyi hərbi əmə
40 yaşına qədər sağlam qalmaq üçün əsas məqsəd qorxutmaq deyil, risk
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef
Yanvar ayında Xərçəng bürcündə hərəkət edən Yupiterin təsiri ilə in
