Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşüb
Siyasət 05 Yan 2026 18:58:00 101 0
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb.
Omanın birinci xanımı Heydər Əliyev Fondunun vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib.
O, həmçinin Azərbaycanda sənətkarlıq, xalçaçılıq, toxuma sənəti barədə də zəngin məlumatının olduğunu deyib.
Bu ölkədə olmağından məmnunluğunu bildirən Leyla Əliyeva görüşə, göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Omana ilk dəfə səfər etdiyini vurğulayaraq, bunun ölkələrimizin mədəniyyət, incəsənət, xalçaçılıq, toxuculuq kimi sahələrdə fəaliyyət göstərən qurumları arasında gələcək əlaqələrə təkan verəcəyinə əminliyini bildirib.
Azərbaycanın xalçaçılıq və toxuculuq sahələrində zəngin ənənəsinin olduğunu bildirən Leyla Əliyeva bu xüsusda təcrübə mübadiləsinin önəminə toxunub.
Söhbət zamanı Azərbaycanla Oman arasında qeyd edilən sahələrdə birgə layihələrin işlənib hazırlanması barədə razılıq olunub. Son.az
ABŞ-ın Venesuelaya qarşı hərbi müdaxiləsindən sonra prezident Donald Tra
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanın paytaxtı Maska
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ictimaiyyətl�
"Övladlarımı elə ay olur ki, heç görmürəm"
"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin yeni baş
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Opera E
Aşıq Zülfiyyə Kövrək duyğusal açıqlaması ilə diqqət çəkib.
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Venesuela Dövlət Başçısı Maduro ABŞ təhlükəsizlik qüvvələri t
Paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada işıqforları q
Bakıda yeni yol nişanları quraşdırılır.
BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Muhamməd bin
Xəbər verdiyimiz kimi, Türkiyə şou-biznesinin illərdir müzakirə olunan a
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli te
