Tramp və arvadı aylar sonra Maskla eyni masada
Dünya 05 Yan 2026 14:37:00 95 0
ABŞ prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında baş tutan son görüş diqqət mərkəzinə çevrilib. Bir vaxtlar yaxın münasibətləri ilə seçilən, lakin sonradan araları dəyən bu iki nüfuzlu fiqurun birlikdə şam yeməyi yeməsi gərginliyin aradan qalxması kimi qiymətləndirilir.
Bu xəbəri də oxu: Tramp təyyarə və komandoları göndərdi Xameneini izləyirlər
Son.az xəbər verir ki, İlon Mask bazar günü rəsmi X hesabında paylaşım edərək, "Dünən gecə Prezident Tramp və həyat yoldaşı Melaniya ilə gözəl bir şam yeməyi yedik. 2026-cı il möhtəşəm olacaq!" sözlərini yazıb və görüşdən bir foto yayımlayıb.
Şəkilin Trampın Floridadakı Mar-a-Lago malikanəsində, şənbə axşamı keçirilən tədbir zamanı çəkildiyi bildirilir.
Analitiklər bu görüntünü aylarla davam edən fikir ayrılıqlarından sonra Tramp və Mask arasında münasibətlərin normallaşmasının ilk açıq siqnalı kimi dəyərləndirirlər.
Xatırladaq ki, İlon Mask 2024-cü il prezident seçkiləri kampaniyası zamanı Trampa yüz milyonlarla dollar ianə etmiş, bunun ardınca isə yeni yaradılan Hökumət Səmərəliliyi Departamentinin rəhbəri təyin olunmuş və prezidentin ən yaxın məsləhətçilərindən birinə çevrilmişdi. Lakin sözügedən departamentin on minlərlə dövlət işçisini işdən çıxarması ictimai narazılıq yaradıb. Bunun fonunda Mask və Tesla şirkətinə qarşı genişmiqyaslı boykotlar başlayıb və nəticədə Mask 2025-ci ilin ortalarında Ağ Evi tərk etmək məcburiyyətində qalıb.
Fidan Son.az
Yanvarın 3-ü saat 01 radələrində Nəsimi rayonu Ceyhun Səlimov küçəsind
Azərbaycanın gömrük orqanları narkotik vasitələrin ölkə ərazisindən k
Azərbaycanda bir sıra tütün şirkətləri borca düşüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2026-cı ilin dö
İranın ali lideri Əli Xamenei ölkədə etiraz aksiyaları fonunda vəziyyət
Aylar sonra "Öz Aramızda" verilişinə qonaq olan Sevinc və Sevil b
Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-pr
İsveçrənin Krans-Montana xizək kurortunda Yeni il gecəsi barda baş verən
Venesuela Prezidenti Nikolas Maduronun tutulmasından sonra investorları düş�
ABŞ prezidenti Donald Tramp "Wall Street Journal" (WSJ) qəzetinə ve
2025-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikas
Xəzərin suyunun çəkilməsi səbəbindən cadular üzə çıxıb.
Məşhur aktrisa Hülya Avşar "Eyni Yağmur Altında" serialında Faz
