Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub FOTO


Digərləri 05 Yan 2026 14:08:00 85 0

Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub  FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub.

Son.az xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb.

Bu Muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir.

Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir. Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə edən 14 daimi qalereya mövcuddur, həmçinin müvəqqəti sərgilər üçün əlavə sahələr ayrılıb.

7000-dən çox əşyanın qorunub saxlanıldığı muzeydə rəqəmsal immersiv təcrübə qurğuları, kinoteatr və uşaqlar üçün kəşf sahələri var. Yaxın Şərqdə görmə qabiliyyəti zəif olanlar üçün ərəb Brayl əlifbası ilk dəfə burada tətbiq edilib.

Memarlıq həlli milli ənənələrlə müasir üslubun vəhdətini əks etdirən Oman Milli Muzeyi həm yerli əhali, həm də xarici turistlər üçün mühüm maarifləndirici platforma rolunu oynayır.

Muzeylə tanışlıqdan sonra Leyla Əliyevaya hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.

X X X

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sonra Mutrah bazarında olub, burada satılan əşyalara baxıb, satıcılarla səmimi söhbət edib.

Qeyd edək ki, bu, ərəb dünyasının ən qədim və məşhur bazarlarından biridir. Tarixi bir neçə yüz il əvvələ gedib çıxan bu bazar Hindistan, Çin, Avropa və Yaxın Şərq ölkələrindən Maskat limanına gələn mallar üçün ticarət mərkəzi olub.

Mutrah bazarı dar, üstüörtülü küçələri və ərəb memarlığı ilə seçilir.

Bazarda ənənəvi tekstil, geyim, zərgərlik məmulatları, suvenirlər, ədviyyatlar, buxur, o cümlədən Omani buxuru, ətirlər, əl işləri ilə yanaşı, meyvə, tərəvəz, müalicəvi otlar və digər yerli məhsullar satılır.

Maliyyə Nazirliyi “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb like
  • 05 Yan 14:06  
Digərləri Maliyyə Nazirliyi “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb

Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2026-cı ilin dö

arrow Ətraflı
"Xamenei də Moskvaya qaça bilər" like
  • 05 Yan 14:01  
Dünya "Xamenei də Moskvaya qaça bilər"

İranın ali lideri Əli Xamenei ölkədə etiraz aksiyaları fonunda vəziyyət

arrow Ətraflı
"Birbirilərinin ölülərinə hörmət qoymurlar" like
  • 05 Yan 13:55  
Şou-biznes "Birbirilərinin ölülərinə hörmət qoymurlar"

Aylar sonra "Öz Aramızda" verilişinə qonaq olan Sevinc və Sevil b

arrow Ətraflı
Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Omanda səfərdədir  FOTO like
  • 05 Yan 13:53  
Digərləri Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Omanda səfərdədir FOTO

Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-pr

arrow Ətraflı
Yeni il gecəsi ölənlərin kimliyi məlum oldu  Ən kiçiyinin 14 yaşı olub... like
  • 05 Yan 13:42  
Dünya Yeni il gecəsi ölənlərin kimliyi məlum oldu Ən kiçiyinin 14 yaşı olub...

İsveçrənin Krans-Montana xizək kurortunda Yeni il gecəsi barda baş verən

arrow Ətraflı
Maduronun tutulması neftin qiymətlərinə necə təsir göstərəcək?  AÇIQLAMA like
  • 05 Yan 13:05  
Digərləri Maduronun tutulması neftin qiymətlərinə necə təsir göstərəcək? AÇIQLAMA

Venesuela Prezidenti Nikolas Maduronun tutulmasından sonra investorları düş�

arrow Ətraflı
Tramp səhhəti ilə bağlı iddialara belə cavab verdi like
  • 05 Yan 12:58  
Dünya Tramp səhhəti ilə bağlı iddialara belə cavab verdi

ABŞ prezidenti Donald Tramp "Wall Street Journal" (WSJ) qəzetinə ve

arrow Ətraflı
Azərbaycanda uşaqlara ən çox qoyulan ADLAR like
  • 05 Yan 12:50  
Digərləri Azərbaycanda uşaqlara ən çox qoyulan ADLAR

2025-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikas

arrow Ətraflı
Xəzərin suyu çəkildi, cadular üzə çıxdı  FOTO like
  • 05 Yan 12:33  
Digərləri Xəzərin suyu çəkildi, cadular üzə çıxdı FOTO

Xəzərin suyunun çəkilməsi səbəbindən cadular üzə çıxıb.

arrow Ətraflı
Hülya Avşar hicaba keçdi  FOTO like
  • 05 Yan 12:25  
Şou-biznes Hülya Avşar hicaba keçdi FOTO

Məşhur aktrisa Hülya Avşar "Eyni Yağmur Altında" serialında Faz

arrow Ətraflı
Tanınmış aparıcı "Space TV"dən getdi like
  • 05 Yan 12:22  
Digərləri Tanınmış aparıcı "Space TV"dən getdi

Tanınmış aparıcı "Space TV" ilə yollarını ayırıb.

arrow Ətraflı
İbrahim Tatlıses ad gününü belə keçirdi like
  • 05 Yan 11:45  
Şou-biznes İbrahim Tatlıses ad gününü belə keçirdi

Türkiyəli məşhur müğənni İbrahim Tatlıses sosial şəbəkədə yeni pay

arrow Ətraflı
Efirdə Əməkdar artistin məktubunu YANDIRDI: "Ondan gözləməzdim..." like
  • 05 Yan 11:15  
Şou-biznes Efirdə Əməkdar artistin məktubunu YANDIRDI: "Ondan gözləməzdim..."

"Günə Uğurla" verilişində qalmaqallı və gərgin anlar yaşanıb

arrow Ətraflı
Marneuli bazarında öldürülən azərbaycanlının kimliyi bilindi like
  • 05 Yan 11:07  
Digərləri Marneuli bazarında öldürülən azərbaycanlının kimliyi bilindi

Xəbər verdiyimiz kimi, Gürcüstanın azərbaycanlıların yığcam yaşadıq

arrow Ətraflı
Baş Prokurorluq və DİN həmin qətllə bağlı birgə məlumat yaydı like
  • 05 Yan 10:55  
Digərləri Baş Prokurorluq və DİN həmin qətllə bağlı birgə məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 2 il əvvəl itkin düşmüş ş�

arrow Ətraflı