Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il şənliyi təşkil olunub
Digərləri 01 Yan 2026 18:44:00 87 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə həssas əhali qruplarına aid olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində, eləcə də "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayan azyaşlılar üçün bayram şənliyi təşkil olunub.
Bu xəbəri də oxu: Acqarına hansı qidaları qəbul etmək TƏHLÜKƏLİDİR?
Son.az xəbər verir ki, bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs balacalara sevinc və bayram əhval-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.
Azərbaycanın tanınmış heykəltaraşı, Xalq rəssamı Ömər Eldarovun mü�
Öncə qeyd edim ki, "erməni" dediyimiz xalqın əsl adı bütün tar
Müğənni Nərmin Kərimbəyova maraqlı açıqlaması ilə diqqət çəkib.
Məşhur "Lilo & Stitch" Hollivud franşizasının qəhrəmanı olan y
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət
Xüsusilə, istehsalçılar elektrikli nəqliyyat vasitələrinə diqqət yetir�
Müğənni Əminə Şirin sosial şəbəkədə etdiyi paylaşımda uzun müddət
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Son dövrlər meyxanaçıların toy qiymətləri geniş müzakirələrə səbəb
Dörd qadınla evlənən ərəb şeyxinin videosu sosial şəbəkələrdə böy�
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedras
Yeni ilin ilk həftəsində Azərbaycanda da çox izlənilən bir neçə Türkiy
Müğənni İsrail Məmmədov "Rəngarəng" verilişinin efirində mar
Dağıstanda keçirilən toy mərasimi sosial şəbəkələrdə böyük maraqla
