Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN
Digərləri 23 Dek 2025 14:51:00 67 0
Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.
Son.az xəbər verir ki. ən ucuz məktəblərdə ödənişlər 2,500 AZN civarında başlasa da, ən yüksək qiymət 54900 AZN-dir.
Maraqlıdır, qiymətlərin belə yüksək olmasının səbəbi nədir?
Təhsil eksperti Elmin Nuri Son.az-a açıqlamasında bildirib ki, özəl məktəblərin yüksək təhsil haqları artıq bir neçə ildir ictimai müzakirə mövzusu olsa da, bu məsələ adətən qısa müddət gündəmdə qalır və daha sonra yenidən arxa plana keçir. Onun sözlərinə görə, real vəziyyət isə problemin həlli istiqamətində irəliləyiş deyil, əksinə, ildən-ilə qiymət artımının davam etdiyini göstərir.
Ekspert qeyd edib ki, mövzu əsasən media və təhsil subyektləri tərəfindən müzakirə olunsa da, sistemli yanaşma və davamlı mexanizmlər formalaşmır.
Elmin Nuri bildirib ki, Azərbaycanda lisenziya almış özəl məktəblərin sayı kifayət qədər azdır və onların böyük əksəriyyəti paytaxtda fəaliyyət göstərir:
"Filialların çoxluğu məktəb sayının çoxluğu demək deyil. Bir hüquqi şəxsə məxsus bir neçə filial faktiki olaraq bazarda real rəqabət yaratmır. Bu vəziyyət təhsil bazarında valideynlərin seçim imkanlarını ciddi şəkildə məhdudlaşdırır".
Ekspertin sözlərinə görə, özəl məktəblərin sayı azaldıqca, bu təhsil müəssisələrinə olan tələbat artır:
"Minlərlə şagirdin cəmi 30-40-a yaxın özəl məktəb arasında bölüşdürülməsi qiymətlərin süni şəkildə yüksəlməsinə səbəb olur. Rəqabət mühiti zəif olduğu üçün bazar özünü tənzimləyə bilmir".
Elmin Nuri vurğulayıb ki, özəl məktəblərin sayı əhəmiyyətli dərəcədə artsa, tələb-təklif mexanizmi qiymətlərin müəyyən qədər balanslaşmasına imkan verə bilər:
"Hazırda özəl təhsil bazarı ümumilikdə bahalıdır. İstər məktəblər, istər bağçalar, istərsə də liseylər. Amma ən ciddi qiymət artımı məhz özəl məktəblərdə müşahidə olunur".
Təhsil eksperti qiymət artımının arxasında yalnız mənfəət amilinin dayanmadığını da qeyd edib. Onun sözlərinə görə, özəl təhsil müəssisələrinin ciddi xərcləri mövcuddur. Bu xərclərə yüksək icarə haqları, infrastruktur və texniki avadanlıq, şagirdlərin qidalanması, nəqliyyat xərcləri, müəllimlərin əməkhaqları, beynəlxalq tədris proqramları və lisenziyaların alınması, eləcə də əlavə dərnək və inkişaf proqramları daxildir:
Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilər
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamika
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvede
Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıver
Lənkəranın Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullay
Meyxanaçı Balaəli Maştağalı özünə yeni villa alıb.
Ölən şəxsin evində güzgülərin üzərinin örtülməsi adəti hələ də
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə
Ceffri Epşteynlə Maykl Ceksonun birgə görüntüləndiyi və uzun müddətdir
Qubanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yarana
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
