Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub FOTO


Siyasət 23 Dek 2025 13:30:00 68 0

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Son.az AZƏRTAC-a istinadla xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi.

Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.

Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Sonra dövlətimizin başçısı Xankəndi şəhəri Kərkicahan qəsəbə sakini Yadigar Əsədovanın evində oldu.

Röya efirə 10 minlik geyimdə çıxdı  VİDEO like
  • 23 Dek 13:29  
Şou-biznes Röya efirə 10 minlik geyimdə çıxdı VİDEO

Xalq artisti Röya Ayxan efirə geyindiyi libasla diqqət çəkib.

arrow Ətraflı
Cəlilabadda 2 avtomobil toqquşub, xəsarət alanlar var like
  • 23 Dek 13:27  
Digərləri Cəlilabadda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bakı və bölgələrdə təhlükəli qaz balonları aşkarlandı like
  • 23 Dek 13:24  
Digərləri Bakı və bölgələrdə təhlükəli qaz balonları aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) s�

arrow Ətraflı
Asya Əhmədovanın “Sən Vətənsən” adlı poeması oxuculara təqdim olunub like
  • 23 Dek 13:21  
Digərləri Asya Əhmədovanın “Sən Vətənsən” adlı poeması oxuculara təqdim olunub

Asya Əhmədovanın "Sən Vətənsən" adlı poeması oxuculara təqdi

arrow Ətraflı
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı like
  • 23 Dek 13:14  
Digərləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

arrow Ətraflı
Yeni aldığı avtomobillə qəzaya düşdü  Son anda xilas oldu like
  • 23 Dek 13:00  
Şou-biznes Yeni aldığı avtomobillə qəzaya düşdü Son anda xilas oldu

Hülya Avşar 10 oktyabrda ad günü hədiyyəsi olaraq özünə aldığı 10 mi

arrow Ətraflı
Bir reklamdan 4 milyon 200 min manat qazanacaq like
  • 23 Dek 12:30  
Şou-biznes Bir reklamdan 4 milyon 200 min manat qazanacaq

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni reklam layihəsindən əl

arrow Ətraflı
Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq like
  • 23 Dek 12:25  
Digərləri Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq.

arrow Ətraflı
64 yaşlı kişi pilləkəndən yıxılıb öldü like
  • 23 Dek 12:23  
Digərləri 64 yaşlı kişi pilləkəndən yıxılıb öldü

Bakıda 64 yaşlı kişi pilləkəndən yıxılıb.

arrow Ətraflı
ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək?  AÇIQLAMA like
  • 23 Dek 12:20  
Digərləri ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək? AÇIQLAMA

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, 2026-cı ild�

arrow Ətraflı
KasımJomart Tokayev Prezident İlham Əliyevi təbrik edib like
  • 23 Dek 11:46  
Siyasət KasımJomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respu

arrow Ətraflı
Tramp Ağ Evin açarını görün kimə hədiyyə edib like
  • 23 Dek 11:41  
Digərləri Tramp Ağ Evin açarını görün kimə hədiyyə edib

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə həd

arrow Ətraflı
Yaponiyada universitetdə partlayış  Yaralılar var like
  • 23 Dek 11:35  
Dünya Yaponiyada universitetdə partlayış Yaralılar var

Yaponiyanın "Naqoya" universitetində partlayış baş verib.

arrow Ətraflı
Müavinat, təqaüd və ünvanlı yardımlar bu tarixdə veriləcək like
  • 23 Dek 11:30  
Digərləri Müavinat, təqaüd və ünvanlı yardımlar bu tarixdə veriləcək

Müavinat, təqaüd, kompensasiya və ünvanlı yardımlar veriləcəyi tarix a�

arrow Ətraflı