Məşhurların məmur övladları ARAŞDIRMA


Digərləri 21 Dek 2025 13:50:00 77 0

Məşhurların məmur övladları  ARAŞDIRMA

Məşhurların özləri qədər ailə həyatları, övladları da daim cəmiyyətin diqqət mərkəzində olub. Ən çox danışılan və diqqəti öz üzərinə çəkənlər isə övladı vəzifədə olan məşhurlardır.

Son.az xəbər verir ki, Bizim.Media övladı vəzifədə olan həmin məşhurların siyahısını təqdim edib:

Eldar Mansurov

Eldar Mansurovun iki oğlu hazırda vəzifədədir.

Ülvi Mansurov İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədridir. O, əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayıb və 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ildə "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri, 2015-ci ildə isə ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. 2017-ci ildən "Azərpoçt" MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən sonuncu təyinatadək isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.

E.Mansurovun digər oğlu Anar Mansurov 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Anar Eldar oğlu Mansurov bu təyinata qədər 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında başlayıb, 2008-2011-ci illərdə Maliyyə menecmenti departamentində müxtəlif vəzifələrdə çalışıb. 2011-2017-ci illərdə "Azərikard" MMC-də Maliyyə menecmenti departamentinin direktoru vəzifəsində çalışıb. 2019-2022-ci illərdə isə "AzReTəkrarsığorta" ASC-də Direktorlar Şurasının müstəqil üzvü, eyni zamanda 2019-cu ilin iyun ayından 2022-ci ilin avqust ayınadək "AzerGold" QSC-də Maliyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində çalışıb. 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Zeynəb Xanlarova

Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarovanın oğlu Enerji Məsələlərini Tənzimləmə Agentliyində yüksək vəzifə tutur. Xalq artistinin oğlu Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından fəaliyyətə başlayıb.

O, əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb. 2001-2007-ci illərdə Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub.

2012-2017-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib, komitə sədrinin müavini postunu tutub. 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. 

Anar

Yazıçı Anarın oğlu Tural Rzayev də yüksək vəzifədədir. Tural Rzayev 2022-ci ildə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, daha öncə Azərbaycanın Türkiyə və Rumıniyadakı səfirliklərində çalışıb.

Elçin Əfəndiyev

Yazıçı Elçin Əfəndiyevin qızı Humay Əfəndiyeva 1 fevral 2021-ci ildən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimidir. O, 2001-2021-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında müxtəlif vəzifələrdə - sədr müavininin köməkçisi, baş məsləhətçi, şöbə müdiri vəzifələrində fəaliyyət göstərib.

Onun digər qızı Günay Əfəndiyeva isə 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən bitərəf namizəd kimi qalib gələrək Milli Məclisin VII çağırış deputatı seçilib. Hazırda Mədəniyyət komitəsinin sədr müavini və Səhiyyə komitəsinin üzvüdür. Eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyasının və bir çox ölkələrlə parlamentlərarası işçi qrupların üzvüdür.

O, 2009-2015-ci illərdə Xarici İşlər Nazirliyinin UNESCO üzrə Azərbaycan Milli Komissiyasında müxtəlif vəzifələrdə çalışıb. 2015-2023-cü illərdə Türk Dövlətləri Təşkilatının (TDT) qərarına əsasən, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.

Amaliya Pənahova 

Mərhum Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun oğlu İlqar Muxtarov diplomatdır. O, 2022-ci ildə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İ. Muxtarov daha əvvəl Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama, Peru və Honduras Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

İlqar Muradov

Xalq artisti İlqar Muradovun oğlu Tural Muradov Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışır. 

Rəhim Əliyev

Filologiya elmləri doktoru, yazıçı, tənqidçi Rəhim Əliyevin oğlu Anar Əliyev bu fevralın 7-si Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, bu təyinata qədər müvafiq nazirlikdə nazir müavini olub.

Coşqun Rəhimova ağır itki like
  • 21 Dek 13:43  
Şou-biznes Coşqun Rəhimova ağır itki

Azərbaycanın əməkdar artisti Coşqun Rəhimovun atası Allahverdi Rəhimov 8

arrow Ətraflı
İzzət Bağırov: “İnsanın dostu cibindəki puludur” like
  • 21 Dek 13:38  
Şou-biznes İzzət Bağırov: “İnsanın dostu cibindəki puludur”

"İnsanın dostu cibindəki puludur. Pulun varsa, sənə hörmət göstər�

arrow Ətraflı
TürkiyəAzərbaycan Birgə Hökumətlərarası Komissiyasının 12ci iclası Bakıda keçiriləcək like
  • 21 Dek 13:15  
Siyasət TürkiyəAzərbaycan Birgə Hökumətlərarası Komissiyasının 12ci iclası Bakıda keçiriləcək

Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığına h

arrow Ətraflı
Bosniya kraliçası rolunda tamaşaçı qarşısına çıxacaq like
  • 21 Dek 13:01  
Şou-biznes Bosniya kraliçası rolunda tamaşaçı qarşısına çıxacaq

"Kuruluş Osman" serialında rol alan aktrisa yeni layihədə çəkil�

arrow Ətraflı
Çoxlarının yediyi ən zərərli makaronun adı like
  • 21 Dek 12:49  
Digərləri Çoxlarının yediyi ən zərərli makaronun adı

Mütəxəssislər keyfiyyətli və faydalı makaron məmulatlarını necə seçm

arrow Ətraflı
Bəzi yerlərdə yağış yağacaq like
  • 21 Dek 12:22  
Digərləri Bəzi yerlərdə yağış yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron

arrow Ətraflı
Nikol Paşinyan Rusiyaya səfər edəcək like
  • 21 Dek 12:18  
Digərləri Nikol Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

arrow Ətraflı
Tərtərdə 1 nəfər kanalda batıb like
  • 21 Dek 11:58  
Digərləri Tərtərdə 1 nəfər kanalda batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərt�

arrow Ətraflı
“O səs deyir, davam et, hələ hər şey bitməyib” like
  • 21 Dek 11:30  
Şou-biznes “O səs deyir, davam et, hələ hər şey bitməyib”

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabındakı paylaşım�

arrow Ətraflı
Argentinanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi like
  • 21 Dek 10:48  
Dünya Argentinanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi

Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşner səhhətində yara

arrow Ətraflı
Bakıda yanğın baş verib like
  • 21 Dek 10:07  
Digərləri Bakıda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi like
  • 21 Dek 09:53  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Cənubi Afrikada atışma  10 ölü, 10 yaralı like
  • 21 Dek 09:42  
Dünya Cənubi Afrikada atışma 10 ölü, 10 yaralı

Cənubi Afrikada silahlı insident faciə ilə nəticələnib.

arrow Ətraflı
Nikolay Denisov vəfat etdi like
  • 21 Dek 09:28  
Şou-biznes Nikolay Denisov vəfat etdi

Aktyor Nikolay Denisov dünyasını dəyişib.

arrow Ətraflı