Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olublar TƏFƏRRÜAT
Digərləri 21 Dek 2025 12:40:00 76 0
Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin dəyərli əşyalarının oğurlanmasının təfərrüatı bəlli olub.
Bu xəbəri də oxu: Sabah Xətaidə qaz olmayacaq
Son.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə bu il avqustun 3-ü, 13-ü və 17-də gerçəkləşən Naxçıvan-Bakı reysləri zamanı baş verib.
Cinayət hadisəsini isə aeroportun daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran kimi çalışan 1997-ci il təvəllüdlü Hüseyn Həmzəyev və 2005-ci il təvəllüdlü Səid Kərimli törədiblər.
Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda baqaj yüklərinin təyyarəyə daşınması zamanı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl-zinət əşyalarını mənimsəyiblər.
Oğurluq əməlini törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan baqajlara baxdıqları müəyyən edilib.
Sərnişinlərdən oğurlanan qızılların ümumi dəyəri 4 170 manat olub. Səid və Hüseynin oğurladığı qızıllar "Cahan" Ticarət Mərkəzində satılıb. Qızılların bir qismi isə "Nur Telekom" adlı lombarda 1 400 manat müqabilində qoyulub.
Cinayətin üstü isə müştərilərin baqajlarındakı dəyərli əşyaların yoxa çıxmasını gördükdən və bu barədə polisə məlumat verdikdən sonra açılıb.
Hüseyn Həmzəyev 2 il 2 ay, tanışı Səid Kərimli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərt�
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabındakı paylaşım�
Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşner səhhətində yara
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış
Cənubi Afrikada silahlı insident faciə ilə nəticələnib.
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla dialoqa h
Xüsusilə isti mövsümdə pəncərə altlıqlarında toz və kir daha tez yı�
Yaxın gələcəkdə klassik duşların yerini "insan yuma maşınları&quo
Reper Dado Əliyev keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibidən dan
Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplər
