"Qu gölü" baleti "Mariinskiy" teatrının aparıcı solistləri tərəfindən ifa olundu FOTO
Kriminal 19 Dek 2025 23:41:00 48 0
Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında dünya balet sənətinin ən məşhur incilərindən biri olan Pyotr Çaykovskinin əsrarəngiz "Qu gölü" baleti "Mariinskiy" teatrının aparıcı solistləri tərəfindən ifa olundu. Klassik balet janrında olan tamaşa 3 pərdədən və 4 şəkildən ibarət idi. Odetta - Odiliya obrazını Sankt Peterburq "Mariinskiy" teatrının prima-balerinası Oksana Skorik, Ziqfrid obrazını Sankt Peterburq "Mariinskiy" teatrının aparıcı solisti Timur Əsgərov, Rotbart obrazını - Əməkdar artist Ağamir Mirzəyev, Təlxək obrazını - Miraydın Abdullayev, Pa-de-trua - Ayan Eyvazova, Liana Praga, Timur Oduşev, balaca qu quşları Yuliya Ferştandt, Leyla Narimanidze, Səbinə Hacıdadaş, Dinara Məmmədova, böyük qu quşları - Liana Praga, Əməkdar artist Elmira Süleymanova, Səbinə Məmmədova ifa edirdilər. Tamaşanın quruluşçu baletmeysterləri - M. Petipa, L. İvanov, redaksiyası isə A. Qorskiy və Q. Almaszadəyə aiddir. Tamaşanın repititorları - Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist Yuriy Lobaçevdir. Dirijor Xalq artisti Cavanşir Cəfərov, tamaşanı idarə edən isə Əməkdar artist Yuriy Lobaçev idi. Konsertmeyster Züleyxa Usubova, tamaşanım rəssamı isə Azərbaycan SSR-in Əməkdar rəssamı Ənvər Almaszadədir. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Bu xəbəri də oxu: Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Yeni il səyahəti” adlı konsert proqramı ilə çıxış edəcək
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi o
Qarlı və yağışlı havalarda avtomobillərin palçıq içində olması sür�
Abşeron rayonunda 22 yaşlı oğlanın ölümünün təfərrüatı məlum olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sosial şəbəkələrdə Kamran Ə
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
"Qeyd edilən cinayət işi üzrə özümü təqsirli bilmirəm".
Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var.
"Ən böyük arzum qadın olub, evimin xanımı olmaqdır. Bu arzum heç va
26 dekabr 2025-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gün
Son günlər Azərbaycan bazarına satış üçün Somali mənşəli ət məhsul
Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanla
Aparıcı Lətafət Ələkbərovanın keçmiş həyat yoldaşı, müğənni Nica
Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İra
