Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib FOTO
Kriminal 19 Dek 2025 22:18:00 51 0
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən hazırlanan "Asəf Zeynallı. Seçilmiş əsərlər" not kitabı çapdan çıxıb.
Bu xəbəri də oxu: Meksikada əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə "Şelkunçik" baletinin premyerası keçirilib
Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində kitabın təqdimatı keçirilib. Tədbirdə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi, Asəf Zeynallı irsinin tədqiqatçısı, professor Nazim Kazımov, "Azərnəşr"in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov çıxış ediblər. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan Asəf Zeynallının (1909-1932) musiqi mədəniyyəti salnaməmizdəki yerindən danışılıb, nəşrin əhəmiyyəti vurğulanıb. Kitab bəstəkarın irsinin təbliğinə mühüm töhfə kimi səciyyələndirilib. Bildirilib ki, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin materialları əsasında ərsəyə gətirilən kitabda bəstəkarın işləməsində xalq mahnı və rəqslərimizin not yazıları ilə bərabər, müəllifin violin və fortepiano üçün "Şərq" pyesi, violonçel və fortepiano üçün "Layla, beşiyim, layla" əsəri musiqi ictimaiyyətinə ilk dəfə təqdim olunur. Kitabın ön söz müəllifi və tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı nəşrdə yer alan əsərlər barədə məlumat verib. Tədbirin bədii hissəsində "Asəf Zeynallı" (2016) adlı sənədli film nümayiş olunub. Musiqi Kolleci və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim, tələbə və şagirdləri, eləcə də MEMİM-in əməkdaşı Lalə Xəlillinin ifasında bəstəkarın əsərləri səsləndirilib. A.Zeynallının qohumları - Bakı Slavyan Universitetinin dosenti Elşanə Ağasıyeva və Avstraliyanın Sidney şəhərindən tədbirə onlayn qoşulan Elmira Yusufova kitabın hazırlanmasında zəhməti olanlara minnətdarlıqlarını bildiriblər. Sonda "Asəf Zeynallı. Seçilmiş əsərlər" not kitabı bəstəkarın qohumlarına hədiyyə olunub. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərnəşr"də işıq üzü görən kitabın layihə rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, tərtibçiləri mərkəzin əməkdaşları - sektor müdiri Əməkdar artist Neymət Mürsəlov və aparıcı metodist, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Lalə Xəlilli, redaktoru Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Elvin Quliyev, dizayneri mərkəzin aparıcı mütəxəssisi Vüqar Bəxtiyarovdur. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
"Qeyd edilən cinayət işi üzrə özümü təqsirli bilmirəm".
Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var.
"Ən böyük arzum qadın olub, evimin xanımı olmaqdır. Bu arzum heç va
26 dekabr 2025-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gün
Son günlər Azərbaycan bazarına satış üçün Somali mənşəli ət məhsul
Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanla
Aparıcı Lətafət Ələkbərovanın keçmiş həyat yoldaşı, müğənni Nica
Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İra
Əkiz bacılar Sevil və Sevinc plastik-əməliyyat etdirməklə bağlı suallar
Saçı tez-tez yumağın faydalı olduğu düşünülür, lakin mütəxəssislə
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ölkəsinə neft məhs
Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla barışıqlarından danı�
Türkiyə Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-
