Volodimir Zelenski İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 19 Dek 2025 13:16:00 82 0
Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Sərdar Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Son.az xəbər verir ki, məktubda deyilir:
"Çox hörmətli cənab Prezident.
Zati-alinizin doğum günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Sizin liderliyiniz sayəsində Azərbaycan müasir və uğurlu bir dövlətə çevrilmiş, beynəlxalq aləmdə öz rolunu və nüfuzunu inamla gücləndirərək, dövlət üçün mühüm nəticələrə, o cümlədən ərazi bütövlüyünün bərpasına və möhkəmləndirilməsinə nail olmuşdur.
Xalqlarımızın dostluğunun və Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı dəstəyə, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti kimi Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Bu tərəfdaşlıq Qara dəniz-Xəzər regionunda ədalətli sülhə nail olmaq niyyətinə, eləcə də enerji, iqtisadi-ticari, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.
Ukrayna Rusiya Federasiyasının silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. Xüsusilə ölkənin enerji sistemi obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpin şəhərinin yenidən qurulmasında iştirak, cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək dəyərləndirilir.
Zati-aliləri cənab Prezident, icazə verin, Sizi bir daha ürəkdən təbrik edim, Sizə möhkəm cansağlığı və dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzulayım".
"İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidm
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikas�
"İcbari tibbi sığorta çərçivəsində icra olunmuş tibbi xidmətləri
Hindistanın Qucarat əyalətində bir Hindu məbədində ibadətdən sonra payl
Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyev�
"Ölkə üzrə 3500-dən çox vərəmli xəstə dispanser qeydiyyatına al�
Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında y
Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əs
ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi onlar
Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu yarım milyonluq avtomobili ilə yolda
Məşhur türkiyəli müğənni Onur Akın klip çəkilişi zamanı bədbəxt ha
Türk dövlətlərinin dezinformasiya qarşısında dayanıqlı kommunikasiya si
Mal qara arasında yayılan dabaq xəstəliyi süd məhsullarının satışına
