AZAL səyahət rahatlığını artırır: sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər
Digərləri 18 Dek 2025 10:06:00 63 0
- Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. Artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər.
Bu xəbəri də oxu: Hər gün bir stəkan içən qocalmır
Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkanı və geniş şəxsi məkan təmin edir. Bu yenilik AZAL-ın müştəriyönümlü yanaşmasının, fərdiləşdirilmiş səyahət həllərinin genişləndirilməsi və sərnişin rahatlığının artırılması strategiyasının növbəti addımıdır. Xidmət yalnız ekonom sinif üçün keçərlidir, biznes sinif və "Extra Legroom" kateqoriyasına aid ekonom sinif yerlərə şamil edilmir.
Xidmətin tətbiqi qaydası:
- Aviabilet alındıqdan sonra sərnişinə uçuşdan bir neçə gün əvvəl yan oturacağı bloklamaq imkanı barədə elektron məktubla müraciət göndərilir. Eyni zamanda sərnişin azal.az veb-saytının "AZAL Upgrade" səhifəsi və ya "Rezervasiyanın idarə edilməsi" bölməsinə daxil olaraq xidmətdən istifadə ilə bağlı öz təklifini edir.
- Uçuşdan əvvəl sərnişinə təklifinin qəbul olunub-olunmaması barədə məlumat göndərilir.
- Xidmətin dəyəri marşrutdan, uçuşun müddətindən və həmin anda təyyarənin doluluq səviyyəsindən asılı olaraq dəyişir.
- Xidmət yalnız boş yerlər mövcud olduqda aktivləşdirilir. Əgər reys tam dolu olarsa və oturacaq digər sərnişinə verilərsə, ödəniş avtomatik olaraq geri qaytarılır və sərnişinə bu barədə bildiriş göndərilir.
Xidmətin istifadəsinə dair videotəlimatla bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://youtube.com/shorts/qgFunjJCIZw?feature=share
ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yekunları ilə bağlı xalqa müraci�
Yaponiyada yaşayan 32 yaşlı Yurina Noguchi süni intellekt vasitəsilə yarat
"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyəl
Türkiyənin ASELFLIR-600 kimi elektrooptik və kəşfiyyat sistemlərinin inki�
İstanbul Respublika Baş Prokurorluğunun apardığı narkotik vasitələrlə b
Keçmişdən qalan bu vərdiş bu gün bizə qəribə bir sehr kimi görünə bi
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il keçirilən bur
Bir çox insan səhər yeməyinin boş buraxılmasının gün ərzində daha bol
"Balenciaga" brendinin viral olan məşhur tayt formalı çəkməsind�
Kefirdəki bakteriya immun sistemin yaşlanmasını ləngidir.
Texnologiya mütəxəssisləri ictimaiyyətə telefon korpuslarından istifadən
Kanadalı alimlərin araşdırmasına görə, kondisioner istifadə edən yaşl�
Goranboy rayonunda 81 yaşlı kişinin yaşadığı mənzildən 7 min manata yax
Narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində test nətic
