Bakıda 17ci AzərbaycanTürkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Digərləri 17 Dek 2025 19:05:00 76 0
Dekabrın 17-də Bakı şəhərində 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.
Bu xəbəri də oxu: İş elanlarında boy, çəki, hətta geyim ölçüsü tələbi bu, düzgündürmü?
Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İclas çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş direktor cənab A.Qurbanov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın daha da genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini diqqətə çatdırıb.
Keçirilən görüşlərin və icra olunan birgə fəaliyyətlərin bundan sonra da intensivləşəcəyini bildirən ordu generalı L.Ergün qarşılıqlı təcrübə mübadiləsinin hər iki ordu üçün səmərəli olacağını qeyd edib. Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sahəsindəki cari fəaliyyət mexanizmləri barədə geniş müzakirələr aparılıb.
Hərbi Dialoq İclasının növbəti mərhələsində Alt İşçi Qrupları tərəfindən ikitərəfli hərbi əlaqələrin cari vəziyyəti təhlil edilərək, perspektivdə duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri haqqında fikir mübadilələri aparılıb.
Dekabrın 19-dək davam edəcək 17-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Alt İşçi Qrupların Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində və Milli Müdafiə Universitetində görüşləri keçiriləcək.
Mayonezlə hazırlanmış salatlar, xüsusilə də "Olivye" tez xarab
Məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərki
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayo
Türkiyədən beşillik deportasiyasına qərar verilən Gültəkin Hacıbəylin
Müğənni Afət Fərmanqızı TikTok platformasında açdığı canlı yayım z
2011-ci ildə küçədə dilənərkən çəkilmiş videosu ilə tanınan Ted Wil
"Milli qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara
Çernobıl Atom Elektrik Stansiyası (AES) hadisələri ilə əlaqədar əlilliy
Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazillə bağlı səsləndird
Sabah Culfa şəhərində elektrik enerjisinin verilişində üç saatlıq fasil
Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oktay Əliyevi xatı
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.
Tanınmış qiraətçi Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detal
