Azərbaycanda minlərlə insan istifadə edir: İnfarkt riskini 53 faiz artırır
Digərləri 16 Dek 2025 08:41:00 68 0
Alimlər elektron siqaret istifadəsinin ürək-damar sağlamlığı üçün ciddi risklər yaratdığını müəyyən ediblər. Aparılan elmi araşdırmalara görə, elektron siqaret istifadə edən şəxslərin infarkt keçirmə ehtimalı istifadə etməyənlərlə müqayisədə 53 faiz, insult riski isə 73 faiz daha yüksəkdir.
Bu xəbəri də oxu: Yardımlıda iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb
Son.az xəbər verir ki, elektron siqaretlərin sağlamlığa təsiri ilə bağlı araşdırmanın nəticələri açıqlanıb. News Medical Life Sciences portalının məlumatına əsasən, tədqiqatçılar elektron siqaret istifadəsi ilə infarkt və insult riski arasındakı əlaqəni təhlil ediblər.
Araşdırma çərçivəsində əvvəlki illərdə aparılmış 12 elmi tədqiqatın nəticələri nəzərdən keçirilib. Bu tədqiqatlar infarktla bağlı 430 min 875, insultla bağlı isə 1 milyondan çox iştirakçını əhatə edib.
Nəticələrə əsasən, elektron siqaret istifadə edən şəxslərin infarkt keçirmə ehtimalı bu məhsullardan istifadə etməyənlərə nisbətən 53 faiz daha yüksəkdir.
Araşdırmada xüsusilə daha əvvəl adi siqaret çəkmiş və hazırda elektron siqaret istifadə edən şəxslərdə riskin daha da artdığı müəyyən olunub. Bu qrupda olan insanların insult keçirmə ehtimalının siqaret çəkməyənlərlə müqayisədə 73 faiz daha yüksək olduğu bildirilib.
"Zərərsiz alternativ kimi qiymətləndirilməməlidir"
Tədqiqatçılar əldə edilən nəticələrin elektron siqaretlərin "zərərsiz alternativ" kimi təqdim olunmasının doğru olmadığını göstərdiyini vurğulayıblar. Uzun illərdir məlumdur ki, tütün məhsullarının istifadəsi koronar arteriya xəstəlikləri, yüksək təzyiq və insult da daxil olmaqla ürək-damar xəstəliklərinin əsas risk faktorları sırasındadır.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın məşhur "Below Deck" realiti-şousunun ulduzu Fraser Olender elektron siqaret istifadəsinə bağlı zəhərlənmə səbəbindən infarkt keçirmişdi.
Lalə Qüdrətova Son.az
Mikrobioloq ayaq qoxusundan qurtulmağın yollarını açıqlayıb.
ABŞ mərkəzli texnologiya şirkəti Alef Aeronautics həm yerüstü hərəkət
Səhər saatlarında duş qəbul etmək sağlamlığa mənfi təsir göstərə
Qış aylarında H3N2 qripi, Covid-19, RSV və rinovirus kimi infeksiyaların ya
Son vaxtlarda dünyada incə bel görünmək məqsədilə qabırğaların kəsi
Dəmir çatışmazlığının qarşısını alan məhsullar açıqlanıb.
Maliyyə mütəxəssisləri gündəlik pul idarəçiliyində diqqət edilməli o
"İnanıram ki, son 10 ildə müəllimlərimizin keyfiyyəti əsaslı şək
Bu gün Xalq artisti Fatma Mahmudova reablitasiya mərkəzinə yerləşdirilib.
Protein tozları uzun illərdir xüsusilə idman edən və əzələ kütləsini
Müğənni Roza Zərgərli onun barəsində yayılan və "fiziki məhdudiyy
2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xa
Son.az 16 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
