Ölümə aparan arıqlama üsulu Ağciyər deşilə bilər
Digərləri 16 Dek 2025 04:04:00 94 0
Son vaxtlarda dünyada incə bel görünmək məqsədilə qabırğaların kəsilməsi kimi qeyri-adi üsullara maraq artıb və bu tendensiya tibbi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: ADYdə yeni təyinat oldu FOTO
Son.az xəbər verir ki, rusiyalı cərrah Xəlil Ziyəddinov beli incəltmək məqsədilə qabırğaların çıxarılması və ya kəsilməsi əməliyyatlarının ciddi, hətta ölümcül fəsadlara səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu cür müdaxilələr ağciyərin deşilməsi və daxili orqanların zədələnməsi riskini artırır.
Ziyəddinov qeyd edib ki, müasir estetik cərrahiyyə bədən formalarının dəyişdirilməsi üçün bir neçə üsul təklif etsə də, torakoplastika zamanı qabırğaların çıxarılması daxili orqanların təbii müdafiəsini zəiflədir. Daha geniş yayılan osteotomiya üsulunda isə sınıq qabırğanın ağciyəri deşməsi ehtimalı mövcuddur.
Cərrahın sözlərinə görə, kəskin qabırğa ucları digər orqanlara və iri damarlara da zərər verə bilər. Bu isə retroperitoneal hematomların və sonradan irinli flegmonaların yaranmasına gətirib çıxarır. Nəticədə bəzi hallarda əlavə əməliyyat tələb olunur, ağır ssenaridə isə sepsis inkişaf edə bilər.
Mütəxəssis vurğulayıb ki, bərpa mərhələsindən sonra belə belin həqiqətən incələcəyinə heç bir həkim zəmanət verə bilməz. Onun sözlərinə görə, əzələlər sınıq qabırğaları yenidən əvvəlki vəziyyətinə çəkə və ya sümüklər düzgün bitişməyə bilər.
Ziyatdinov bildirib ki, həkimlər ilkin mərhələdə yalnız liposaksiyanı tövsiyə edirlər. Əksər hallarda bu üsul kifayət edir. Qabırğalarla bağlı cərrahi müdaxilələr isə adətən piylənməsi olmayan, lakin təbii bədən proporsiyalarını dəyişmək istəyən pasiyentlər tərəfindən son seçim kimi nəzərdən keçirilir.
İsmayıl Son.az
Dəmir çatışmazlığının qarşısını alan məhsullar açıqlanıb.
Maliyyə mütəxəssisləri gündəlik pul idarəçiliyində diqqət edilməli o
"İnanıram ki, son 10 ildə müəllimlərimizin keyfiyyəti əsaslı şək
Bu gün Xalq artisti Fatma Mahmudova reablitasiya mərkəzinə yerləşdirilib.
Protein tozları uzun illərdir xüsusilə idman edən və əzələ kütləsini
Müğənni Roza Zərgərli onun barəsində yayılan və "fiziki məhdudiyy
2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xa
Son.az 16 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Türkiyədə həyata keçirilən narkotik əməliyyatı çərçivəsində saxlan
64 yaşlı Hollivud ulduzu Corc Kluni maraqlı açıqlama verib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıx�
Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralova ağır itki üz verib.
Rəsmi Tehranın "Azərbaycanla əlaqələr bizim üçün çox önəmlidir&
