Azərbaycanda 3 minə yaxın yeni dövlət standartı qəbul ediləcək
Digərləri 15 Dek 2025 10:44:00 91 0
Proqramın icrası insanların həyat və sağlamlığı, əmlakı, eləcə də dövlət əmlakının qorunması, ətraf mühitin mühafizəsi, ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinin təmin edilməsi, rəqabətqabiliyyətli məhsulların istehsalı və istehlakçı məmnunluğunun artırılması, ümumilikdə iqtisadi inkişafın stimullaşdırılmasına şərait yaradacaq. Antiinhisar və İstehlak Bazara Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı" təsdiq edilib.
Bu xəbəri də oxu: Küləkli hava şəraiti ilə bağlı
Proqram layihəsi 50-dən yuxarı dövlət və özəl qurumun müvafiq rəy və təklifi nəzərə alınmaqla "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanunu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş "Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası"na əsasən formalaşdırılıb.
Proqram tərtib olunarkən texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsi məqsədilə qəbul ediləcək istinad standartları, müvafiq normativ hüquqi aktlar, standartlaşdırma üzrə texniki komitələrin iş planları, habelə beynəlxalq və regional standartlaşdırma təşkilatlarının normativ sənədləri əsasında dövlət standartlarının hazırlanması, müasir elmi-texniki araşdırmaların nəticələri, ümumilikdə ölkənin sosial-iqtisadi inkişaf strategiyası nəzərə alınıb.
Sənəddə iqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqini təşviq edən, eləcə də təhlükəsiz, keyfiyyətli və rəqabətqabiliyyətli mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanması yer alıb. Qarşıya qoyulan hədəflərin icrası məqsədilə sözügedən proqram çərçivəsində üç il ərzində ümumilikdə 3 minədək dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.
Bu Proqram xidmət, turizm, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik, metrologiya və sınaqlar, mexaniki və hidravlik sistemlər, energetika və elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat və nəqliyyat infrastrukturu, zərgərlik məmulatları, qablaşdırma, tekstil və dəri texnologiyası, qida və kənd təsərrüfatı, kimya texnologiyası, minerallar və dağ-mədən sənayesi, neft və əlaqəli texnologiyalar, metallurgiya və maşınqayırma, taxta və mebel texnologiyası, şüşə və keramika sənayesi, rezin və plastik sənayesi, kağız və karton, lak-boya və əlvan boya sənayesi, inşaat materialları tikinti və mülki mühəndislik, uşaq malları və digər mühüm strateji sahələri əhatə edir.
Qeyd: "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı"nın mətni ilə Azərbaycan Standartlaşdırma İnstitutunun rəsmi internet səhifəsinə keçid edərək tanış ola bilərsiniz:
https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram
Son günlərdə dəfn mərasimlərində musiqi səsləndirmək, xüsusilə rəhm
Türkiyənin tanınmış sənətçisi Bülent Serttaş son dövrlər xeyli çək
Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib.
Rejissor Rob Reyner və həyat yoldaşı Mişel Los-Ancelesdəki evlərində öl
Əməkdar artist Vasif Məhərrəmli açıqlaması ilə diqqət çəkib.
14.12.2025-ci il tarixində saat 20:00 radələrində Respublika Təcili və Tə
Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.
H3N2 ştammının yaratdığı yeni qrip dalğası artıq onlarla ölkəni bür�
"Uşaqlarımın tərbiyəsinə kifayət qədər vaxt sərf edə bilmirəm&q
Uşağa Şaxta babanın mövcudluğunu demək və ya bu mövzuda oyun yaratmaq
Dekabrın ortalarında üç bürcə mənsub olanları xüsusi bir dövr gözləy
Enerji içkilərinin xüsusilə gənclər arasında geniş istifadə olunması h
Ezoteriklər hesab edirlər ki, yaşıl gözlü insanlar xüsusi enerjiyə malik
Baş ağrısından əziyyət çəkənlər üçün həkimlər bir neçə sadə v�
