Dəfndə vağzalı səsləndirilməsi nə dərəcədə doğrudu? AÇIQLAMA
Digərləri 15 Dek 2025 10:42:00 87 0
Son günlərdə dəfn mərasimlərində musiqi səsləndirmək, xüsusilə rəhmətə gedən şəxsi vağzalı ilə yola salmaq cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bu yenilik insanlara həm emosional, həm də mədəni baxımdan təsir edir.
Son.az xəbər verir ki, məsələ ilə bağlı deputat Ceyhun Məmmədov bildirib ki, vağzalı adətən şad günləri simvolizə edir:
"Bu kimi musiqilərin yas, dəfn yerlərində ifa edilməsi düzgün deyil. Səbəb nə olursa olsun, yas mərasimləri toy adətləri ilə qarışdırmalı deyil. Əgər dəyərlər dəyişərsə, bu, gələcəkdə cəmiyyət üçün ciddi problem yarada bilər. Hər bir musiqinin özünəməxsus yeri var. Vağzalı isə gəlin köçərkən evlərdən səslənən musiqidir. Yas və toy islamda bir-birindən kəskin şəkildə fərqlənir. Buna görə də bu kimi musiqilərin səsləndirilməsi mənəvi baxımdan düzgün deyil. Həmçinin, islam dininə də ziddir".
Deputat qeyd edib ki, bu kimi hallar dünyasını dəyişən insanın ruhuna da əziyyət verir:
"Çünki o, bizim etdiklərimizi, danışdıqlarımızı duyur. Heç bir insan istəməz ki, vağzalı ilə son mənzilə yola salınsın. Ənənəyə görə, bizlər ölülərimizi Quran oxuyaraq yola salmışıq".
Qeyd edək ki, yaslarda toy musiqilərinin oxudulması sadəcə sosial və mədəni ənənələrin deyil, həm də dini dəyərlərin pozulması kimi qiymətləndirilə bilər.
Aysel Əkbər Son.az
Türkiyənin tanınmış sənətçisi Bülent Serttaş son dövrlər xeyli çək
Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib.
Rejissor Rob Reyner və həyat yoldaşı Mişel Los-Ancelesdəki evlərində öl
Əməkdar artist Vasif Məhərrəmli açıqlaması ilə diqqət çəkib.
14.12.2025-ci il tarixində saat 20:00 radələrində Respublika Təcili və Tə
Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.
H3N2 ştammının yaratdığı yeni qrip dalğası artıq onlarla ölkəni bür�
"Uşaqlarımın tərbiyəsinə kifayət qədər vaxt sərf edə bilmirəm&q
Uşağa Şaxta babanın mövcudluğunu demək və ya bu mövzuda oyun yaratmaq
Dekabrın ortalarında üç bürcə mənsub olanları xüsusi bir dövr gözləy
Enerji içkilərinin xüsusilə gənclər arasında geniş istifadə olunması h
Ezoteriklər hesab edirlər ki, yaşıl gözlü insanlar xüsusi enerjiyə malik
Baş ağrısından əziyyət çəkənlər üçün həkimlər bir neçə sadə v�
Evdə paltaryuyan maşının istifadəçiləri tez-tez barabanda yaranan xoşag�
