“Təsviri Sənət Kağızda” adlı yaradıcılıq sərgisinə əsərlərin qəbulu elan edilib
Kriminal 11 Dek 2025 19:14:00 77 0
Azərbaycanda klassik təsviri sənət ənənələrinin yaşadılması və rəssamların yaradıcılıq baxışının kağız üzərində ifadəsini geniş ictimaiyyətə təqdim etmək məqsədilə "Təsviri Sənət Kağızda" adlı yaradıcılıq sərgisinə müraciətlərin qəbulu başlayıb. Sərgi həm də kağız üzərində işlənmiş əsərlərə marağın artırılmasını hədəfləyir. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Beynəlxalq Akvarel Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai rayon İcra Hakimiyyəti, Beynəlxalq Sulu Boya Cəmiyyəti Azərbaycan nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi dəstək verir. Sərgiyə kağız üzərində işlənmiş qrafika, miniatür, sulu boya və eskizlər təqdim oluna bilər. İştirak üçün son müraciət tarixi - 5 mart 2026-cı il. Əsərlər [email protected] elektron ünvanına göndərilə bilər. İştirakçı anketi aşağıdakı məlumatları əhatə etməlidir: • Əsərin fotosu • Əsərin adı • Ölçü və texnika • Təvəllüd • Əlaqə məlumatı • Soyad, ad Tələb olunan ölçü maksimum 35x55 sm-dir. Mövzu sərbəstdir. Yaş həddi - 18 yaşdan yuxarı. Hər iştirakçı ən çox 3 əsər təqdim edə bilər. Seçilmiş 100 əsər sərgilənəcək və sərginin online kataloqu hazırlanacaq. Sərgilənən əsərlər müəlliflərə geri qaytarılacaq. Sərgi çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq: • Ən yaxşı milli ruhlu əsər • Ən yaxşı klassik əsər • Ən yaxşı miniatür • Ən yaxşı eskiz • Ən yaxşı qrafika • Ən yaxşı akvarel • Ən yaxşı ilüstrasiya • Ən yaxşı müasir əsər Sərgidə əsəri nümayiş olunan iştirakçılara sertifikat təqdim ediləcək. Yaradıcı insanlardan incəsənət təəssübkeşliyi görmək arzusu ilə! İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Bu xəbəri də oxu: Bakıda oğurluq edib qaçan şəxslər tutuldu
Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqəd
Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanuns
Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nə
Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı açıqlaması ilə s
Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir alə
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XI
2025-cü il dekabrın 12-dən 2026-cü il yanvarın 11-dək Moskva şəhərində
Əməkdar artist Cabir Abdullayev 60 illik yubileyinə hazırlaşır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı i
Bakının məşhur "Tarqovu"sunda qeyri-adi və romantik evlilik tək
Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyi
İdarə etdiyi "VAZ 2121" markalı avtomobillə paytaxtdan, bacısın
