İslahatlar başladı: İcra hakimiyyətlərində bu şöbələr
Digərləri 11 Dek 2025 19:12:00 79 0
Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir.
Son.az xəbər verir ki, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.
Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır:
* Ərazi-təşkilat məsələləri sektoru
* Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru
* İctimai-siyasi və humanitar məsələlər sektoru
Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır:
* Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru
* Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar:
* Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru
* Hüquq və kadr məsələləri sektoru
Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər. (qaynarinfo)
Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanuns
Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nə
Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı açıqlaması ilə s
Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir alə
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XI
2025-cü il dekabrın 12-dən 2026-cü il yanvarın 11-dək Moskva şəhərində
Əməkdar artist Cabir Abdullayev 60 illik yubileyinə hazırlaşır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı i
Bakının məşhur "Tarqovu"sunda qeyri-adi və romantik evlilik tək
Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyi
İdarə etdiyi "VAZ 2121" markalı avtomobillə paytaxtdan, bacısın
Ukrayna Silahlı Qüvvələrinin itkiləri 1 milyonu keçib.
