Elçin Əmirbəyov Brüsseldə AİErmənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb FOTO


Siyasət 10 Dek 2025 17:33:00 80 0

Elçin Əmirbəyov Brüsseldə AİErmənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb  FOTO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa Komissiyasının bir sıra rəsmiləri ilə görüşlər keçirib.

Son.az xəbər verir ki, görüşlər Avropa Komissiyasının Prezidentinin diplomatik müşaviri Saymon Mordü, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini və Avropa üzrə icraçı direktor Matti Maasikas və Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktorunun müavini Adrien Kirali ilə baş tutub.

Aİ rəsmiləri ilə görüşlərdə Azərbaycan - Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəfli sənədlər, regional nəqliyyat bağlantılarının formalaşdırılması və Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

E.Əmirbəyov dekabrın əvvəlində qəbul olunmuş Aİ - Ermənistan Tərəfdaşlığı üzrə Strateji Gündəlik adlı sənədlə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığını onların diqqətinə çatdırıb, regiondakı mövcud reallığı əks etdirməyən və artıq tərəflər arasında müzakirə mövzusu olmayan məsələlərin süni şəkildə təkrar gündəliyə çıxarılması cəhdlərinin regional sülh gündəliyinə və Azərbaycan-Aİ münasibətlərinə zərər vuran addım kimi qiymətləndirib.

O, Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımların atılacağı barədə ümid ifadə edib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Sədri Piter de Ruver, Belçika Kralının Ofis rəhbərinin müavini və diplomatik müşaviri Piter Klaes, Belçika Baş nazirinin Ofisinin Xarici İşlər və Təhlükəsizlik üzrə Aparat rəhbəri Paskal Heyman və Belçika Xarici İşlər Nazirliyinin İkitərəfli Məsələlər üzrə Baş direktoru Birqit Stivens ilə geniş tərkibli görüşlər keçirib.

Görüşlər çərçivəsində Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

E.Əmirbəyov görüşlər zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt barədə tərəf müqabillərini məlumatlandırıb. O, həmçinin Avropa tərəfdaşlarını sülh quruculuğu prosesinə mümkün töhfələr barədə istiqamətləndirib.

Brüsselə səfəri zamanı E.Əmirbəyov NATO Baş katibinin müavin köməkçisi, NATO-nun Cənubi Qonşuluq üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina ilə də görüşüb.

Elçin Əmirbəyov NATO-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti və perspektivlərini müzakirə edib.

NATO-nun yüksək vəzifəli rəsmisi Azərbaycanın və onun rəhbərliyinin alyans tərəfindən tam şəkildə dəstəklənən sülh ruhunun möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib.

İşə tez gəldiyinə görə qovuldu like
  • 10 Dek 17:30  
Dünya İşə tez gəldiyinə görə qovuldu

Qadın işə tez gəldiyi üçün qovulub.

arrow Ətraflı
Əri verilişə gəldi: sevincindən onu yerə SƏRDİ like
  • 10 Dek 17:10  
Digərləri Əri verilişə gəldi: sevincindən onu yerə SƏRDİ

"Səni Axtarıram" verilişində maraqlı və bir o qədər də yaddaq

arrow Ətraflı
Bülent Ərsoya baxışları gündəm oldu like
  • 10 Dek 17:00  
Şou-biznes Bülent Ərsoya baxışları gündəm oldu

Zərgərlik mağazasının açılışında iştirak edən məşhur sənətçi B�

arrow Ətraflı
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi like
  • 10 Dek 16:50  
Digərləri Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi

Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq

arrow Ətraflı
Təhsil ocaqları qışa tam hazırdır? – İstiliklə bağlı son vəziyyət açıqlandı like
  • 10 Dek 16:43  
Digərləri Təhsil ocaqları qışa tam hazırdır? – İstiliklə bağlı son vəziyyət açıqlandı

2025-2026-cı tədris ili üzrə istilik mövsümünə hazırlıq çərçivəsin

arrow Ətraflı
Sabah qatı duman olacaq  XƏBƏRDARLIQ like
  • 10 Dek 16:35  
Digərləri Sabah qatı duman olacaq XƏBƏRDARLIQ

Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəs

arrow Ətraflı
Şəbnəmdən sonra Təranə də Vəfanın məktubunu CIRDI like
  • 10 Dek 16:34  
Şou-biznes Şəbnəmdən sonra Təranə də Vəfanın məktubunu CIRDI

Müğənni Təranə Qumral həmkarı Vəfa Şərifovanın yazdığı məktubu ca

arrow Ətraflı
Ankarada “Cənubi Qafqazda normallaşma prosesi” paneli keçirildi like
  • 10 Dek 16:26  
Siyasət Ankarada “Cənubi Qafqazda normallaşma prosesi” paneli keçirildi

Ankarada Hacettepe Universiteti Türk Dövlətləri Gənclik Topluluğu və Beyn

arrow Ətraflı
İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər like
  • 10 Dek 16:15  
Digərləri İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər

Sosial şəbəkədə paylaşım edən valideyn övladına xarici, xüsusilə İr

arrow Ətraflı
Anasının kartından oğurluq edib arvadına göndərən şəxs saxlanıldı  FOTO like
  • 10 Dek 15:46  
Digərləri Anasının kartından oğurluq edib arvadına göndərən şəxs saxlanıldı FOTO

Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti n

arrow Ətraflı
Bu kənddə hamı kor doğulur  Səbəbi nədir? like
  • 10 Dek 15:23  
Dünya Bu kənddə hamı kor doğulur Səbəbi nədir?

Mavritaniya səhrasında yerləşən ucqar bir kənd uzun illərdir elmi araşd

arrow Ətraflı
Gəlin toydan 20 dəqiqə sonra bəyin otağına görə like
  • 10 Dek 15:00  
Digərləri Gəlin toydan 20 dəqiqə sonra bəyin otağına görə

Hindistanın Uttar-Pradeş ştatının Deoriya şəhərində maraqlı hadisə ba

arrow Ətraflı
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə  Cinayət işi açıldı like
  • 10 Dek 14:55  
Digərləri Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə Cinayət işi açıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqab

arrow Ətraflı
Polkovnik Əbülfəz Süleymanov vəzifəsindən azad olundu  FOTO like
  • 10 Dek 14:52  
Digərləri Polkovnik Əbülfəz Süleymanov vəzifəsindən azad olundu FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının "N&

arrow Ətraflı