Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb


Siyasət 08 Dek 2025 20:43:00 51 0

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

Bakıda keçirilən "İslam dünyasında süni intellekt indeksinin təqdimatı" beynəlxalq konfransı çərçivəsində dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ICESCO-nun Baş direktoru yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, süni intellekt indeksinin təqdimatı ilə bağlı beynəlxalq tədbirin Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

Qonaq beynəlxalq konfransda aparılan fikir mübadiləsi, keçirilən görüşlərin süni intellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə olacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizə davamlı dəstəyinə və mədəniyyətimizin təşviqinə istiqamətlənən tədbirlərə görə ICESCO-ya minnətdarlığını çatdırıb.

Ölkəmizlə ICESCO arasında mövcud olan uğurlu əməkdaşlığın, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ICESCO ilə səmərəli və sıx əlaqələrinin bu işbirliyinin daha da genişləndirilməsinə xidmət etdiyi vurğulanıb, iki qurum arasında elm, təhsil, mədəniyyət sahələrində gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Heydər Əliyev Fondu ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində həyata keçirilən layihə ilə bağlı saziş imzalanıb. Son.az

Yeni infeksiya yayılır  İtlərdən keçir like
  • 08 Dek 20:30  
Dünya Yeni infeksiya yayılır İtlərdən keçir

Şimali Karolina Ştat Universitetinin alimləri itlərdə insana potensial təh

arrow Ətraflı
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib like
  • 08 Dek 20:13  
Siyasət Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
31 yaşlı Aysel 26 gündür tapılmır like
  • 08 Dek 20:06  
Digərləri 31 yaşlı Aysel 26 gündür tapılmır

Sumqayıtda 31 yaşlı qadın itkin düşüb.

arrow Ətraflı
Boşandıqdan sonra qadınların ən çox seçdiyi plastik əməliyyat növü like
  • 08 Dek 20:00  
Digərləri Boşandıqdan sonra qadınların ən çox seçdiyi plastik əməliyyat növü

Boşanmadan sonra qadınların ən çox etdiyi əməliyyat açıqlanıb.

arrow Ətraflı
Rusiya Pokrovsk üçün niyə mübarizə aparır? like
  • 08 Dek 19:44  
Digərləri Rusiya Pokrovsk üçün niyə mübarizə aparır?

Rusiya son günlər Pokrovsk üzərində nəzarət qurduğunu iddia etsə də, K

arrow Ətraflı
Yeni ildə neçə gün iş olmayacaq? like
  • 08 Dek 19:29  
Digərləri Yeni ildə neçə gün iş olmayacaq?

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayra

arrow Ətraflı
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər like
  • 08 Dek 19:26  
Siyasət Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 8-də Bratislavada Azərbay

arrow Ətraflı
Prezident: Bizdə kifayət qədər böyük enerji potensialı var like
  • 08 Dek 19:25  
Siyasət Prezident: Bizdə kifayət qədər böyük enerji potensialı var

Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji

arrow Ətraflı
"Artıq insanlar bu sualı mənə vermirlər" like
  • 08 Dek 19:14  
Şou-biznes "Artıq insanlar bu sualı mənə vermirlər"

Aparıcı Afaq Gəncəli verilişi zamanı müğənni Günay İbrahimliyə şəx

arrow Ətraflı
Bratislavada İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub like
  • 08 Dek 19:13  
Siyasət Bratislavada İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  dekabrın 8-də Bratislavada Azərb

arrow Ətraflı
Prezident: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək like
  • 08 Dek 19:12  
Siyasət Prezident: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərl�

arrow Ətraflı
Slovakiya Prezidenti: Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir like
  • 08 Dek 19:10  
Siyasət Slovakiya Prezidenti: Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir

Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. O, A

arrow Ətraflı