Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı


Digərləri 07 Dek 2025 22:47:00 84 0

Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 50,2 milyon ABŞ dolları dəyərində 71,4 min ton alma göndərilib. Bu, 2024-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 faiz, kəmiyyət olaraq - 35 faiz çoxdur.

Bu il son 14 ildə ilk dəfə olaraq Qvineya (22,3 min ABŞ dolları dəyərində 22,3 ton) və Liviyaya (220 min ABŞ dolları dəyərində 206 ton) tədarük həyata keçirilib.

Hesabat dövründə Rusiyaya 42,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 61,2 min ton (+39 %), Türkiyəyə 2,8 milyon ABŞ dolları dəyərində 2,8 min ton (1 il bundan əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 2,3 milyon ABŞ dolları dəyərində (+18 %) 2,4 min ton (-20 %), Qazaxıstana 1,2 milyon ABŞ dolları dəyərində (-10 %) 2,9 min ton (-11 %), Özbəkistana 733 min ABŞ dolları dəyərində (-46 %) 621 ton (-60 %) məhsul satılıb.

Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı: Yeni bazarlar, artan tələbat və fermerlər üçün dəstək

Dünyada ixrac payımız bir faizdir

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, 2024-cü ildə ölkəmizdə 293 min tondan artıq alma istehsal olunub. Bunun təxminən 1/3 hissəsi xarici ölkələrə ixrac edilib, qalan məhsul isə daxili bazarda realizə olunub: "Hazırda dünya üzrə alma ixracında Azərbaycanın payı təxminən bir faizə yaxındır. Azərbaycan almasının əsas ixrac bazarı Rusiyadır. İxrac olunan almanın 87.2%-i Rusiyanın, 4,4%-i Qazaxıstanın, 3,9%-i BƏƏ-nin, 2,4%- i Özbəkistanın, 0,6%-i İraqın, 0.1%-i Belarusun, 1.4%-i isə digər ölkələrin payına düşür".

V.Hüseynov bildirdi ki, 2024-cü ilin məlumatlarına əsasən Azərbaycanda alma bağlarının sahəsi 26,3 min hektar olub: "Ümumi alma bağlarının 24.6 min hektarı və ya 93,5%-i bar verən yaşdadır. 2024-cü ildə cəmi alma bağlarının 56,6%-i ənənəvi, 41,4%-i intensiv, 1,9%-i isə superintensiv bağlar təşkil edib. 2024-cü ildə cəmi alma bağlarının 37,9%-i Quba, 18,3%-i Qusar, 8,8%-i Xaçmaz, 5,6%- i Gədəbəy, 3,9%-i Naxçıvan MR, 2,6%-i Qəbələ, 2,2%-i İsmayıllı, 2,0%-i Balakən, 1,9%-i Şabran və 1,6%-i Zaqatala rayonlarının payına düşüb".

Azərbaycanın alma ixracı 14 ilin rekordunu qırdı: Yeni bazarlar, artan tələbat və fermerlər üçün dəstək

"Fermerlərə 19 milyon manatdan çox subsidiya verilib"

Şöbə müdiri bildirdi ki, Azərbaycanda intensiv alma bağlarının salınması dövlət tərəfindən dəstəklənir: "2020-2024-cü illərdə ölkəmizdə salınan alma bağlarına görə fermerlərə 19 milyon manatdan çox subsidiya verilib. Hazırda müasir intensiv və superintensiv alma bağlarının salınmasına dövlət dəstəyi tədbirləri davam etdirilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək salınan alma bağlarının hər hektarına görə fermerlərə 11000 manat subsidiya veriləcək. Naxçıvan Muxtar Respublikasında salınacaq yeni alma bağlarına görə isə veriləcək subsidiya 21000 manat/hektar təşkil edir. Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı iki hektar olan və bir hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv alma bağlarına görə isə 32200 manat/hektar birdəfəlik dövlət dəstəyinin verilməsi qərarlaşdırılıb".

Gəncədə bıçaqlanan qadının SON DURUMU like
  • 07 Dek 22:38  
Digərləri Gəncədə bıçaqlanan qadının SON DURUMU

Gəncədə 32 yaşlı qadın bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu il

arrow Ətraflı
Xalq artisti Türkiyədə əməliyyat olundu  FOTO like
  • 07 Dek 22:30  
Şou-biznes Xalq artisti Türkiyədə əməliyyat olundu FOTO

Xalq artisti Azərin səhhətində yaranan problemlərlə bağlı Türkiyədə �

arrow Ətraflı
Dubaydakı ən bahalı evi alan şəxsin kimliyi bilindi like
  • 07 Dek 22:15  
Dünya Dubaydakı ən bahalı evi alan şəxsin kimliyi bilindi

Dubayda satışa çıxarılan ən bahalı mənzil türkiyəli iş adamı Uğur A

arrow Ətraflı
Marketlərdə “qara çörək” tələsi  DİQQƏT like
  • 07 Dek 22:06  
Digərləri Marketlərdə “qara çörək” tələsi DİQQƏT

Bəzi insanlar buğda unundan hazırlanan "ağ çörəyi" yox, çovdar

arrow Ətraflı
Yaxşılıq etdiyini zənn edərkən qalmaqala imza atdı like
  • 07 Dek 22:00  
Dünya Yaxşılıq etdiyini zənn edərkən qalmaqala imza atdı

Türkiyədə bir nəfər, avtomobilinin arxa baqajında şorba bişirərək v�

arrow Ətraflı
Göygöldə minik avtomobili aşıb: 1 nəfər ölüb like
  • 07 Dek 21:50  
Digərləri Göygöldə minik avtomobili aşıb: 1 nəfər ölüb

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ba�

arrow Ətraflı
Bayramdan sonra bu məhsullar ucuzlaşa bilər like
  • 07 Dek 21:48  
Digərləri Bayramdan sonra bu məhsullar ucuzlaşa bilər

Bayram mövsümündən sonra çərəzlərin qiymətində ucuzlaşma müşahidə

arrow Ətraflı
Gürcüstandan Rusiyaya ağır yük daşımaları dayandırıldı like
  • 07 Dek 21:42  
Dünya Gürcüstandan Rusiyaya ağır yük daşımaları dayandırıldı

Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya hərəkət edən ağır

arrow Ətraflı
Süni intellekt qaz qıtlığına səbəb olacaq  Qətər like
  • 07 Dek 21:20  
Digərləri Süni intellekt qaz qıtlığına səbəb olacaq Qətər

Dünya üzrə mayeləşdirilmiş təbii qaza olan tələb önümüzdəki illər

arrow Ətraflı
Kabuslar sadəcə yuxu deyil  beyninizdən kömək siqnalıdır like
  • 07 Dek 21:00  
Digərləri Kabuslar sadəcə yuxu deyil beyninizdən kömək siqnalıdır

Hər birimiz ən azı bir dəfə kabusdan sonra soyuq tər içində oyanmışıq

arrow Ətraflı
Dünyanın ən gənc milyarderi uğur sirrini paylaşdı like
  • 07 Dek 20:46  
Digərləri Dünyanın ən gənc milyarderi uğur sirrini paylaşdı

"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın �

arrow Ətraflı
Ayşənin nişanından görüntülər like
  • 07 Dek 20:19  
Şou-biznes Ayşənin nişanından görüntülər

Məşhur müğənni Nilüferin qızı Ayşə Nazlı Yumlu sevgilisi Batuhan Yağ

arrow Ətraflı
Həmin qəzada xəsarət alan 2 nəfər Bakıya xəstəxanalara təxliyə olunub like
  • 07 Dek 19:50  
Digərləri Həmin qəzada xəsarət alan 2 nəfər Bakıya xəstəxanalara təxliyə olunub

Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadi

arrow Ətraflı