Bayramdan sonra bu məhsullar ucuzlaşa bilər
Digərləri 07 Dek 2025 21:48:00 66 0
Bayram mövsümündən sonra çərəzlərin qiymətində ucuzlaşma müşahidə edilə bilər.
Bu xəbəri də oxu: Ağ Şəhərdə dənizdə batan şəxs xilas edildi
Son.az xəbər verir ki, bu haqda iqtisadçı Akif Nəsirli "Yeni Sabah"a danışıb. O, son vaxtlar, xüsusilə də bayram ərəfəsində bahalaşan çərəzlərin qiymətləri ilə bağlı bunları deyib:
"Bayramqabağı çərəz qiymətlərinin artması inhisarçı bazarın xarakterinə uyğun olaraq, təbii iqtisadi proseslərdən qaynaqlanır. Bir neçə əsas səbəb var.
Çərəzlərin qiyməti həmişə nisbətən yüksəkdir, çünki bunlar ya idxal olunur, ya da xüsusi istehsal tələb edən məhsullardır. Bayram öncəsi tələbin kəskin artması da qiymətləri yüksəldir. İnsanlar bayram süfrələrini zəngin etmək üçün daha çox çərəz alır, bu isə bazarda təkliflə tələbin tarazlığını pozur və qiyməti artırır".
Ekspert əlavə edib ki, Antep fıstığı, qoz, badam kimi əsas çərəzlərin dünya bazarında qiymətləri yüksəlirsə, Azərbaycanda da onlar bahalaşır:
"Nəqliyyat xərcləri, valyuta kursu dəyişiklikləri və qablaşdırma xərcləri də son qiymətə təsir edir. Sadəcə qeyd etmək lazımdır ki, bayram mövsümü keçəndən sonra bəzi çərəz növlərinin qiyməti enə bilər, amma bahalı çərəzlər həmişə premium kateqoriya kimi qalır. Yəni bu, normal iqtisadi reallıqdır və əsas səbəb tələbin artmasıdır".
Qeyd edək ki, hazırda bazarda çərəzlərin qiymətləri belədir: fındıq ləpəsi 13-17 AZN/kq, qoz 7-20 AZN/kq, badam 7.5-14.2 AZN/kq.
Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya hərəkət edən ağır
Dünya üzrə mayeləşdirilmiş təbii qaza olan tələb önümüzdəki illər
Jolli Joker klubunda "Unudulmaz Maestro" konserti baş tutdu. Tədbir,
Hər birimiz ən azı bir dəfə kabusdan sonra soyuq tər içində oyanmışıq
"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın �
Məşhur müğənni Nilüferin qızı Ayşə Nazlı Yumlu sevgilisi Batuhan Yağ
Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadi
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 169 147 000.43 ABŞ dolları d�
İsrail Baş naziri Binyamin Netanyahu dekabr ayında ABŞ Prezidenti Donald Tra
Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Türkiyəli məşhur aktrisa Sinem Kobal bu günlərdə Bakıya səfər edib.
"Winter in Azerbaijan" adlı bayram sərgisinin rəsmi açılışı ba
