Dəri təmizliyində ən çox edilən səhvlər
Digərləri 06 Dek 2025 00:47:00 50 0
Dəri təmizliyi gözəllik rutinlərinin ən əsas addımı olsa da, ən çox səhvin edildiyi mərhələdir. Çünki bir çox insan üçün "daha çox təmizləmək = daha yaxşı nəticə" kimi yanlış bir düşüncə formalaşıb. Halbuki dəri, özünün təbii balansına, pH səviyyəsinə və mikroflorasına malik canlı bir orqandır. Bu balans pozulduqda isə, hansı məhsul istifadə olunursa olunsun, dəri sağlam görünüş əldə edə bilmir. Son.az dəri təmizliyi ilə bağlı ən çox edilən səhvləri təqdim edir:
Bu xəbəri də oxu: Dubaya uçan təyyarə Bakıda təcili eniş etdi
Dərinin "çırpılmış" kimi gərgin hiss edilənə qədər yuyulması
Bu hiss bəzən "tam təmizlik" kimi qəbul edilir, amma əslində dərinin onu qoruyan təbii yağ qatının tamamilə yox olması deməkdir. Bu lipid təbəqə dərinin nəmini qoruyan və onu xarici təsirlərdən müdafiə edən əsas baryerdir. Bu qat zədələndikdə dəri quruyur, dartılır, həssaslaşır və uzun müddətdə erkən yaşlanma sürətlənir. Təmizlik hissi deyil, rahatlıq hissi əsas olmalıdır - dəri həm təmiz, həm də yumşaq və nəmli qalmalıdır.
Səhər və axşam eyni məhsullardan istifadə etmək
Dərinin bioloji ritmi var: səhər özünü qorumağa, axşam isə bərpa etməyə yönəlir. Buna görə də gündüz və gecə təmizliyi eyni olmamalıdır.
Səhər: Yüngül, pH balanslı gel kifayətdir.
Axşam: İdeal üsul iki mərhələli təmizlikdir - əvvəlcə yağ əsaslı təmizləyici ilə makiyaj və günəş qoruyucu qalıqları aradan qaldırılır, sonra su əsaslı təmizləyici ilə dəri tam təmizlənir.
Bu üsul aktiv maddələrin dəriyə daha yaxşı nüfuz etməsinə də kömək edir.
Pilinqin düzgün olmayan tezlikdə tətbiqi
Pilinq ölü hüceyrələri təmizləyərək hüceyrə yenilənməsini dəstəkləyir, lakin həddindən artıq istifadə dərinin müdafiə sistemini zəiflədir.
Yağlı dəri: həftədə 2 dəfə
Quru və həssas dəri: həftədə 1 dəfə kifayətdir
Pilinq baxım deyil, soyma prosesidir. Həddindən artıq tətbiq dərini incəldir və ləkə riskini artırır.
Üzü isti su ilə yumaq
İsti su dərinin lipid baryerini zədələyir və nəmini azaldır. Xüsusilə həssas və rozaseyə meyilli dəri üçün qızartı və yanma hissini artırır.
Ən düzgün üsul: ilıq su ilə qısa müddətlik yuma və dərini dəsmalla sürtmədən, yüngül şəkildə qurulamaq.
Təmizləyicini dəri üzərində uzun müddət saxlamaq
Təmizləyicilər dərini müalicə etmək üçün deyil, sadəcə kir və qalıqları aradan qaldırmaq üçün hazırlanıb. Onları maska kimi saxlamaq qıcıqlanmaya yol aça bilər.
Moped sürücüləri də motoskilet və avtomobil sürücüləri kimi məsuliyə
Əməkdar artist Rəşad İlyasov Xalq artisti Zeynəb Xanlarova ilə bağlı pa
Son.az Simarın əsas vərdişlərijni təqdim edir:
Bir qrup mütəxəssisin daxil olduğu Pesticide Action Network UK (Böyük Brit
Bakı sakini Şahin Quliyev yaşadığı evdən çıxarılıb. Onun övladı da
Binəqədidə obyektdə baş verən partlayışla bağlı hadisə şahidi danı�
Son.az 6 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Bakı metropoliteninin "28 May" stansiyasında qatarların hərəkəti
Son illər ölkəmizdə piylənmə hallarında ciddi artım müşahidə olunur.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ölkəsinin h
Türkiyəli məşhur aktyor Halil Ergünün ürəyinə gedən əsas damarlardan
Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avr
Nyu-Yorkdakı məşhur "Magnolia Bakery"dən bütün dünyaya yayılan
Hamiləlik testinin hansı vaxtda edilməsi nəticənin dəqiqliyinə təsir edi
