AzərbaycanAİ əməkdaşlığı müzakirə olunub


Siyasət 04 Dek 2025 23:52:00 58 0

AzərbaycanAİ əməkdaşlığı müzakirə olunub

Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, görüş zamanı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son zamanlar tərəflər arasında yüksək səviyyəli təmasların artan dinamikası məmnunluqla qeyd olunub, bu dinamikanın davamlılığının və məhsuldarlığının qorunub saxlanılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər arasında mövcud mexanizmlər üzrə səylərin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, ticarət-iqtisadi əməkdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol və bu çərçivədə verdiyi töhfələr yüksək qiymətləndirilib, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və elektrik enerjisi ixracı sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilib.

Regionumuzun nəqliyyat-kommunikasiya potensialının artırılması və şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

Regional təhlükəsizlik məsələləri, Cənubi Qafqaz regionunda post-münaqişə reallıqları, davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər və ölkəmizin yürütdüyü sülh gündəliyi üzrə son inkişaflar və gözləntilərimiz barədə qarşı tərəfə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.


Xəbərə aid fotolar

"Kobudluq etdi, mən də dedim, ay uşaq otur yerində" like
  • 04 Dek 23:47  
Şou-biznes "Kobudluq etdi, mən də dedim, ay uşaq otur yerində"

Xəbər verdiyimiz kimi, müğənni Günay İbrahimli toy məclislərindən biri

arrow Ətraflı
Kişi qıtlığı olan ölkədə qadınlar “saatlıq ər” xidməti kirayə edir like
  • 04 Dek 23:28  
Dünya Kişi qıtlığı olan ölkədə qadınlar “saatlıq ər” xidməti kirayə edir

Latviyada kişi əhalisinin azalması tək yaşayan və gənc qadınlar üçün

arrow Ətraflı
Demet Özdemir Azərbaycan mahnısı paylaşdı like
  • 04 Dek 23:15  
Şou-biznes Demet Özdemir Azərbaycan mahnısı paylaşdı

Türkiyənin sevilən aktrisası, hal-hazırda "Eşref Rüya" serialı

arrow Ətraflı
44 yaşlı qadın bıçaqlandı  Şübhəli əridir like
  • 04 Dek 23:03  
Kriminal 44 yaşlı qadın bıçaqlandı Şübhəli əridir

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Dekabrın 17dək Geminid meteor yağışı müşahidə olunacaq like
  • 04 Dek 23:01  
Digərləri Dekabrın 17dək Geminid meteor yağışı müşahidə olunacaq

Bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor

arrow Ətraflı
İdman edənlər xərçəngə daha az tutulur  Araşdırma like
  • 04 Dek 23:00  
Digərləri İdman edənlər xərçəngə daha az tutulur Araşdırma

Fiziki məşqlər xərçəngin böyüməsini 60 faiz yavaşlada bilər.

arrow Ətraflı
Sabiq nazirin qızı görkəmli şairəmizi əxlaqsız qadın kimi təqdim edib? like
  • 04 Dek 22:56  
Digərləri Sabiq nazirin qızı görkəmli şairəmizi əxlaqsız qadın kimi təqdim edib?

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" q

arrow Ətraflı
"Ona o yeməyi heç kim bişirə bilmir..." like
  • 04 Dek 22:39  
Şou-biznes "Ona o yeməyi heç kim bişirə bilmir..."

Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevdən şikayətlənib.

arrow Ətraflı
Azərbaycanda iki ada yarımadaya çevrilə bilər like
  • 04 Dek 22:29  
Digərləri Azərbaycanda iki ada yarımadaya çevrilə bilər

Xəzər dənizinin səviyyəsi son illərdə tarixi minimumlara enib.

arrow Ətraflı
Diş həkimindən qorxursunuzsa, şirniyyatı azaldın like
  • 04 Dek 22:13  
Digərləri Diş həkimindən qorxursunuzsa, şirniyyatı azaldın

Yeni il ərəfəsində şirniyyatların çoxluğu dişlər üçün risk yaradır

arrow Ətraflı
İsrailin “Avroviziya 2026”da iştirak edəcək like
  • 04 Dek 22:05  
Şou-biznes İsrailin “Avroviziya 2026”da iştirak edəcək

Avropa Yayım Birliyi İsrailin 2026-cı ildə "Avroviziya" mahnı mü

arrow Ətraflı
Azərbaycanda minlərlə "Nitro Max" məhv edildi  Tərkibində görün nə tapıldı like
  • 04 Dek 22:02  
Digərləri Azərbaycanda minlərlə "Nitro Max" məhv edildi Tərkibində görün nə tapıldı

Azərbaycana idxal olunan "Nitro Max" energetik içkilərində qanunve

arrow Ətraflı
Pulsuz da versələr götürməyin  5 problemli maşın like
  • 04 Dek 21:53  
Digərləri Pulsuz da versələr götürməyin 5 problemli maşın

Avtomobil eksperti Nəhruz Güləli başdan-ayağa problem mənbəyi oolan avtom

arrow Ətraflı
Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var like
  • 04 Dek 21:52  
Digərləri Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var

Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskal

arrow Ətraflı