"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
Kriminal 03 Dek 2025 16:40:00 49 0
"Lotu Quli" ləqəbli kriminal aləmin üzvü Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: NARGIS Nəşriyyat evinin "Winter in Azerbaijan" adlı yeni sərgisi açılıb
Son.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 18 ildən 17 il 6 aya endirilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, "Yeraz Camal" ləqəbli Camal Həsənov Rövşən Caniyevin (Lənkəranski) qardaşı Namiq Caniyev və kriminal aləmin üzvü Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) ilə birlikdə 2017-ci ildə İstanbulda "Lotu Quli"yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.
Rusiya mətbuatında gedən məlumatlara görə, "Lotu Quli"nin öldürülən adamı Cabir Həsənov Rövşən Caniyevin qətlində iştirak edib. Bu səbəbdən də C.Həsənov qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.
Camal Həsənov 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub.
Təqsirləndirilən Camal Həsənov Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham edilib.
Rusiyada Avropanın bir sıra ölkələrinə neft nəql edən "Drujba"
Bəzən elə olur ki, günümüzün böyük bir hissəsi yollarda keçir. Kimsə
Cari ilin noyabr ayında Bakının bütün rayonlarında yeni tikili mənzillər
Vüsalə Əlizadəyə aparıcısı olduğu "İncə səhər" verilişin
İranın sabiq prezidenti Məhəmməd Xatəmi Tehrandakı xəstəxanaya yerləş
Kreditlərinizi 0% komissiya və üstəlik 2% endirimlə bir ünvanda birləşdi
Əli Kərimli uzun illər tanınmış, lakin çox zaman mübahisəli sima kimi t
Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraitini
"Xalq artisti Röya Ayxan açıqlaması ilə diqqət çəkib.
Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən 15 yaşl�
AKP Adana İl sədrinin müavini Filiz Kepmenin Çukurova rayonuna "yardım
Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qa
Ermənistan hökumətinin uzun illər məxfi saxladığı Qarabağ danışıqlar
