Zəhərlənmə riski: kabak niyə təhlükəli ola bilər?
Digərləri 03 Dek 2025 03:03:00 54 0
Həkimlər kabak (balqabaq növü) ilə bağlı ciddi təhlükələr barədə xəbərdarlıq ediblər.
Bu xəbəri də oxu: "3540 fəaliyyət sahəsi bu prosesdən faydalanır və yüzlərlə insan bu sahədə çalışır"
Son.az xəbər verir ki, toksikologiya üzrə mütəxəssis doktor Rayan Marino yalnız dadı acı olan kabakların zəhərlənmə riski yaratdığını bildirib.
Onun sözlərinə görə, acı kabakların tərkibində cucurbitacin adlı maddə olduqca yüksək olur. Bu birləşmə bəzi xəstəliklərin iltihabın, xərçəng və 2-ci tip diabetin müalicəsində istifadə olunsa da, çiy halda və yüksək dozada qəbul edildikdə insan sağlamlığı üçün təhlükə yaradır.
Marino qeyd edib ki, zəhərlənmə baş verməsi üçün çox az miqdarda belə toksin kifayətdir. İlk əlamətlər meyvənin yeyilməsindən cəmi bir neçə dəqiqə və ya saat sonra ortaya çıxır. Bu simptomlara mədə qişasının zədələnməsi, güclü qusma, ishal, daxili qanaxma və bəzən damar divarlarında zədələnmə daxildir.
Ekspertin sözlərinə görə, əksər hallarda zəhərlənmə yüngül keçir, lakin nadir hallarda ağır fəsadlar və hətta ölüm halları belə mümkündür.
Bununla belə, Marino insanların kabakdan tamamilə uzaqlaşmasını tövsiyə etmir, çünki tərəvəz çoxlu faydalı qida maddələri ilə zəngindir. O, sadəcə olaraq balqabağı bişirməzdən əvvəl kiçik miqdarda dadmağa çağırır ki, acılıq hiss olunarsa, məhsuldan istifadə edilməsin.
Kənan Son.az
Naringi qış mövsümünün ən çox istehlak olunan və faydalı meyvələrind
Soyuq, küləkli və dəyişkən hava şəraitində ürək sağlamlığını qor
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəyə giriş vizasının məbləği
Türkiyənin Adana bölgəsində Esentepe qəsəbəsində yaşayan aztəminatlı
"Evde Tək" ("Home Alone") filminin aktyor heyətini onları
Keçən həftə Ukraynanın Qara dənizdə Rusiyaya məxsus tankerlərə zərbə
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələr
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş
1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhs
Xəzər dənizinin sahilində 320-dən çox suiti cəsədi tapılıb.
Azərbaycanın hüquq-mühafizə orqanının polkovniki İlqar Quliyev vəfat ed
Moskvada Rusiya və ABŞ rəsmiləri arasında danışıqlar davam etdiyi bir va
ABŞ-nin əvvəlki "28 maddəlik" sülh planı Ukrayna və Avropadakı
Ağ Evdə keçirilən kabinet iclasında ABŞ prezidenti Tramp Ukrayna-Rusiya m�
