Kardioloq Xəbərdar Edir: Soyuq Havada Bu Səhvləri Etməyin
Digərləri 03 Dek 2025 01:01:00 71 0
Soyuq, küləkli və dəyişkən hava şəraitində ürək sağlamlığını qorumaq digər mövsümlərlə müqayisədə daha çox diqqət tələb edir. Kardioloq İosif Şubitidze xəbərdarlıq edir ki, belə havalarda ürək xəstələri, təzyiqdən əziyyət çəkənlər və yaşlı şəxslər uzun müddət açıq havada qalmağa tələsməməlidirlər.
Bu xəbəri də oxu: "Əlimyandı"dan maşın aldı, altı "yamaq" çıxdı VİDEO
Mütəxəssis bildirir ki, fiziki aktivlik ürək üçün lazımlıdır, lakin qeyri-sabit hava şəraiti əlavə yük yarada və ürək əzələsinin fəaliyyətinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, qışda gəzintilərin müddəti 30 dəqiqəni keçdikdə mütləq fasilə verilməli, bu zaman ürək döyüntüsü, ümumi hal və hipotermiya əlamətləri diqqətlə izlənməlidir.
Şubitidze açıq havaya çıxmazdan əvvəl güclü qəhvə və tünd çaydan uzaq durmağı, alkoqoldan tam şəkildə çəkinməyi tövsiyə edir. O, həmçinin uzun müddət soyuğa məruz qalmağın ürək-damar sisteminə əlavə yük yaratdığını vurğulayır.
Kardioloqun sözlərinə görə, qış aylarında qeyri-sabit temperatur qan damarlarının daralmasına səbəb olur ki, bu da təzyiqin qəfil yüksəlməsi, aritmiya və ürək çatışmazlığı simptomlarının ağırlaşması ilə nəticələnə bilər. Buna görə ürək xəstələrinin dərmanlarını daim yanında saxlaması, stress və yuxusuzluqdan uzaq durması, həmçinin düzgün qidalanmaya xüsusi önəm verməsi zəruridir. Bu dövrdə orqanizm vitamin və minerallarla zəngin qidalara daha çox ehtiyac duyur.
Mütəxəssis əlavə edir ki, immun sisteminin gücləndirilməsi qışda xüsusilə vacibdir, çünki respirator infeksiyalar mövcud ürək xəstəliklərini tez bir zamanda ağırlaşdıra bilər.
Kənan Son.az
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəyə giriş vizasının məbləği
Türkiyənin Adana bölgəsində Esentepe qəsəbəsində yaşayan aztəminatlı
"Evde Tək" ("Home Alone") filminin aktyor heyətini onları
Keçən həftə Ukraynanın Qara dənizdə Rusiyaya məxsus tankerlərə zərbə
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələr
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş
1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhs
Xəzər dənizinin sahilində 320-dən çox suiti cəsədi tapılıb.
Azərbaycanın hüquq-mühafizə orqanının polkovniki İlqar Quliyev vəfat ed
Moskvada Rusiya və ABŞ rəsmiləri arasında danışıqlar davam etdiyi bir va
ABŞ-nin əvvəlki "28 maddəlik" sülh planı Ukrayna və Avropadakı
Ağ Evdə keçirilən kabinet iclasında ABŞ prezidenti Tramp Ukrayna-Rusiya m�
Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yeni r
