AZALın təyyarələrində multimedia əyləncə sistemi yenilənib
Digərləri 02 Dek 2025 12:24:00 59 0
Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləri təkmilləşdirmək məqsədilə təyyarələrində yenilənmiş multimedia əyləncə sistemini istifadəyə verib.
Bu xəbəri də oxu: "ChatGPT"də reklamlar olacaq
Trend xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yenilənmiş platforma hər bir uçuşu komfortlu səyahətlə yanaşı, həm də Azərbaycan və dünya mədəniyyətini əhatə edən maraqlı macəraya çevirir.
Sərnişinlər Hollivudun ən son filmlərindən tutmuş, dünya kinematoqrafiyasının məşhur ekran əsərlərinə qədər geniş film kataloqundan yararlana bilərlər. Filmlərə Azərbaycan dilində altyazıların əlavə edilməsi məzmunun daha əlçatan olmasına xidmət edir.
Platformada milli filmlərə də xüsusi yer ayrılıb. Azərbaycan rejissorlarının bədii və sənədli filmləri sərnişinlərə ölkənin mədəniyyətini, tarixini və müasir həyat tərzini yaxından tanımaq imkanı yaradır.
AZAL sərnişinlərinə maksimum rahatlıq təqdim etmək və onları yeni kəşflərə ruhlandırmaq missiyasına daima sadiq qalır.
AZAL ilə səyahət edərkən siz həm şəhər və ölkələri, həm də dünya kinosunun ən parlaq nümunələrini və Azərbaycan sənətinin incilərini kəşf edirsiniz.
AZAL-ın uçuş cədvəli və digər xidmətləri haqqında aviaşirkətin rəsmi saytı və mobil tətbiqi vasitəsilə ətraflı məlumat əldə edə bilərsiniz.
"Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq azad e
Çanaqqalanın Biga rayonunda bir ailənin xaricdən gəlin gətirmə cəhdi fac
Kürdəmirdə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Elşən Ab
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Zvanivka, Vasiukivka və Petrovsk
Bir müddət əvvəl Tarix Əliyev ("Tolik") barəsində xüsusi itt
Elm və Təhsil Nazirliyində struktur dəyişiklikləri aparılıb və peşə t
Türkiyənin məşhur sənətçisi Bülent Ersoy Kayseridə verdiyi konsert zama
Gəncədə məhkumun həbs edilməzdən öncə gizlətdiyi silah aşkar edilib.
Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zə
Bakıda 15 yaşlı Nigar Mustafayeva əylənmək üçün getdiyi qorxu evində y
Azərbaycan Laos ilə əlaqələrin genişlənməsinə, həm ikitərəfli, həm
Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaş
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezi
Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonq
