Azərbaycanda 233 nəfər kasetli silahların qurbanı olub
Digərləri 02 Dek 2025 12:43:00 75 0
Azərbaycanın işğaldan azad edilmiş, Ermənistanla şərti sərhəd boyunca yerləşən rayonlarında aparılan monitorinqlər zamanı ölkə ərazisində kasetli silahlardan istifadə faktları aşkar edilib. Araşdırmalar göstərir ki, bu tip silahların tətbiqi həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövrlərində qeydə alınıb.
Bu xəbəri də oxu: “Administrator üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi”
Son.az xəbər verir ki, bu barədə bu gün Cenevrə şəhərində keçirilən minalar əleyhinə konvensiyanın 22-ci konfransı və "Landmine Monitor Report 2025" hesabatının ictimaiyyətə təqdim olunmasına həsr olunmuş mətbuat konfransında Minalar Əleyhinə Azərbaycan Kompaniyaı İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.
O qeyd edib ki, daha əvvəl - 15 avqust 1992-ci ildə dövlət nömrə nişanı olmayan iki təyyarə tərəfindən Azərbaycan ərazisinə kasetli bombalar atılıb. Həmin hücum nəticəsində mülki əhali arasında ölü və yaralılar olub:
"Monitorinqlər zamanı Füzuli, Goranboy, Bərdə və Tərtər rayonlarının kasetli silahlarla hücuma məruz qaldığı müəyyən edilib. Bu silahların İkinci Qarabağ müharibəsi zamanı da tətbiq olunduğu bildirilib.
Statistik məlumata əsasən, Bakı, Gəncə, Mingəçevir, Tərtər və Füzuli şəhər və rayonlarında ümumilikdə 233 nəfər kasetli silahların qurbanı olub. Onlardan 8-i uşaq, 13-ü qadındır. Zərər çəkənlərdən 182 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb, ən yaşlı qurbanın yaşı isə 71 olaraq göstərilir.
Eyni zamanda, Vətən müharibəsindən sonra da kasetli silah qurbanları qeydə alınıb. Müharibədən sonrakı dövrdə 12 nəfər kasetli silah qurbanı olub".
Onun sözlərinə görə, kasetli silah qurbanları dedikdə, bu silahların tətbiqi nəticəsində həlak olan, bədən xəsarəti alan, psixoloji travma yaşayan, sosial təcrid edilən və öz hüquqlarını həyata keçirməkdə çətinlik çəkən şəxslər nəzərdə tutulur. 21 nəfər hərbçi kasetli silah qurbanı olub. İiki nəfər ölüb, 19-u yaralanıb.
"TikTok"da açdığı canlı yayımda cəmiyyətə qarşı açıq hör
Cənubi Koreyada 120 min ev kamerası heklənib, şəxsi görüntülər satışa
Media resurslarının bir hissəsinə vergi güzəştləri təqbiq olunursa, tel
Rus ordusun Pokrovskda nəzarəti tam ələ keçirib.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləri təkmill
"Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq azad e
Çanaqqalanın Biga rayonunda bir ailənin xaricdən gəlin gətirmə cəhdi fac
Kürdəmirdə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Elşən Ab
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Zvanivka, Vasiukivka və Petrovsk
Bir müddət əvvəl Tarix Əliyev ("Tolik") barəsində xüsusi itt
Elm və Təhsil Nazirliyində struktur dəyişiklikləri aparılıb və peşə t
Türkiyənin məşhur sənətçisi Bülent Ersoy Kayseridə verdiyi konsert zama
Gəncədə məhkumun həbs edilməzdən öncə gizlətdiyi silah aşkar edilib.
Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zə
