Xəzərin geri çəkilməsi hər sahəyə təsir etdi Ekoloji təhlükə yaxınlaşır?
Digərləri 01 Dek 2025 13:00:00 77 0
"Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi son onilliklərdə iqlim dəyişikliyi, temperaturun artması və buxarlanmanın güclənməsi ilə daha da sürətlənib".
Bu xəbəri də oxu: Həyət evləri bahalaşacaq? AÇIQLAMA
Bunu Son.az-a açıqlamasında Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov deyib.
Onun sözlərinə görə, suyun azalması xüsusilə dənizin şimal və qərb sahillərində daha kəskin şəkildə müşahidə olunur.
R.Abbasov qeyd edib ki, bu prosesin əsas səbəblərindən biri Volqa çayının illik axımının azalması və regionda yağıntıların ümumi həcminin düşməsidir:
"Temperatur artdıqca illik buxarlanma yüksəlir və bu, səviyyə enməsini daha da dərinləşdirir. Dəniz suyunun geri çəkilməsi yeni quru sahələrin yaranmasına və sahil xəttinin çox sürətlə dəyişməsinə səbəb olur. Bu dəyişiklik ekosistemlərin parçalanmasına, bioloji müxtəlifliyin azalmasına və həssas ekoloji zonaların zərər görməsinə gətirir".
Nəzərə çatdırıb ki, xüsusilə nərə balığı kimi nadir və kommersiya dəyəri yüksək növlər təbii yaşayış mühitlərini itirmə riski ilə üz-üzə qalır. Həmçinin bildirib ki, sahilyanı bataqlıq və qamışlıq zonaların quruması su quşlarının qidalanma və yuvalama yerlərinin məhvinə səbəb olur.
R.Abbasov əlavə edib ki, dəniz səviyyəsinin düşməsi limanların fəaliyyətinə mənfi təsir göstərir və gəmiçilik yollarının dayazlaşmasına görə iqtisadi itkilər artır. Bu proses turizm sektorunda da çimərliklərin quruluşunu dəyişdirərək fəaliyyət imkanlarını məhdudlaşdırır.
Həmsöhbətimiz, geri çəkilmə nəticəsində ortaya çıxan torpaqların yüksək duzluluğa malik olduğundan kənd təsərrüfatı üçün yararsız hala gəldiyini vurğulayıb.
Dediyinə görə, suyun səviyyəsinin azalması sahilyanı şəhər və qəsəbələrdə torpaq oturmaları və infrastruktur problemlərinə şərait yaradır. Hidrobioloji dəyişikliklər balıqçılıq sektorunda məhsuldarlığın ciddi azalmasına səbəb olur.
"Bütün bu təsirlər region ölkələri arasında su resursları idarəçiliyi sahəsində daha səmərəli əməkdaşlıq zərurətini göstərir. Uzunmüddətli dövrdə Xəzər dənizinin geri çəkilməsi sosial-iqtisadi riskləri artırdığı üçün kompleks monitorinq, adaptasiya tədbirləri və elmi əsaslı idarəetmə strateqiyaları vacib hesab olunur".
Mina Mikayılova Son.az
Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlı monetar siyasəti, geniş valy
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahiml
"Çarpıntı" serialı reytinq səbəbi ilə final edir
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi
Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda güclü təs
IDEA İctimai Birliyinin təşəbbüsü ilə müxtəlif orta məktəbləri təms
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, beş saat ərzində Belqoro
Beren Saat və Kenan Doğulunun yanan evindəki dəyərli itkilər üzə çıxı
Kəlbəcərdə noyabrın 28-dən başlayan yanğın davam edir.
İrəvanda piano zavodunun ərazisində partlayış nəticəsində bina çökü
Son illər kibertəhlükələr artdığı üçün smartfonlara gizli nəzarət h
1-5 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə ya
Obyektiv baxanda, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qlobal kapitalın
