3 min insanın nə yeyibiçdiyini illərlə izlədilər Ürəyi yormayan qidalar açıqlandı
Digərləri 29 Noy 2025 01:01:00 64 0
Rusiya və Avropa alimləri apardıqları uzunmüddətli tədqiqat nəticəsində sübut ediblər ki, gündəlik qidalanmada çay, qəhvə, giləmeyvə, qoz-fındıq, kakao, tam taxıllar və zeytun yağı kimi məhsulların olması ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Bu xəbəri də oxu: "Black Friday"nin endirim sirlərindəki boşluq aşkara çıxdı AÇIQLAMA
Son.az xəbər verir ki, araşdırma London Kral Kollecinin alimləri tərəfindən həyata keçirilib və "BMC Medicine" jurnalında dərc olunub.
On ildən çox müddət ərzində "TwinsUK" əkizlər kohortasında 3,1 mindən çox iştirakçı izlənilib. Polifenollarla zəngin qida rasionu ilə qidalananlarda arterial təzyiq və xolesterol səviyyələri daha stabilləşib, nəticədə ürək-damar xəstəlikləri riski azalıb. Bu araşdırmada ilk dəfə polifenolların parçalanması zamanı əmələ gələn metabolitlərin sidikdə səviyyəsi ilə ürək sağlamlığı göstəriciləri bir-birinə uyğunlaşdırılıb. Metabolitlərin, xüsusilə flavonoid və fenol turşularının yüksək olması "yaxşı" xolesterol səviyyəsinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin azalmasına səbəb olub.
Professor Ana Rodriqes-Mateosun sözlərinə görə polifenollarla zəngin pəhrizin uzunmüddətli tətbiqi yaşla əlaqədar ürək-damar riskinin artımını əhəmiyyətli dərəcədə ləngidə bilər. Hətta kiçik, amma davamlı dəyişikliklər, məsələn, daha çox giləmeyvə, qoz-fındıq və ya çay istehlakı ciddi fayda verə bilər.
Araşdırmanın aparıcı müəllifi doktor Yun Li isə bildirib ki, bu yanaşma sadə və əksər insanlar üçün əlçatandır, çünki gündəlik qidalanma məhsullarına əsaslanır.
İsmayıl Son.az
Yollardakı tıxaclar, xüsusən səhər və axşam pik saatlarda yaranan sıxl�
Qış mövsümündə meyvə ağaclarını düzgün şəkildə qorumaq bahardakı
Əməkdar artist Elza Seyidcahan fərqli stili ilə diqqət çəkib.
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-c�
Son.az 29 Noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Kəlbəcər rayonu Qalaboynu, Qara
Gündəlik həyatda çölə çıxıb gəzmək və ya təbiətlə baş-başa qal
Qaradənizdə Rusiyanın Novorossiysk limanına doğru hərəkət edən Kairos
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə keçirilən mi
Azərbaycanlı bloqer Sübhan Məmmədov Dubayda pop-MMA döyüşçüsü ilə ca
Yaşar Nurinin qızı Ülkər Yaşarqızı efirdə göz yaşlarına boğulub.
Bu il payızın anomal, yəni nisbətən isti keçməsi qışın sərt ola bilə
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
